Accessibility links

Türkiyə Ərdoğanın təhlükəsizlik xidməti üzvlərinə qarşı ittihama etiraz edir


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, onun təhlükəsizlik xidmətinin 15 üzvü daxil olmaqla, 19 nəfərə qarşı dinc nümayişçilərə hücum etmələri ittihamını ilə bağlı ABŞ məhkəməsinin qərarını “qalmaqal” adlandırıb. Xatırladaq ki, hadisə, Türkiyə prezidentinin 16 may tarixində Vaşinqtona səfər etdiyi zaman baş vermişdi.

İstanbulda cümə günü müxbirlərin qarşısında çıxış edən Ərdoğan, rəsmi ittihamın “Amerikada ədalətin necə işlədiyini açıq və qalmaqallı nümayişi” olduğunu bildirdi. Türkiyə prezidenti əlavə etdi ki, o, bu ay Nyu York səfəri zamanı prezident Donald Trampla məsələni müzakirə edəcək.

Video, türkiyəli təhlüksəzilik agentlərinin Türkiyə səfirinin Vaşinqtondakı igamətgahının önündə toplaşmış nümayişçiləri döydüklərini göstərir. Həmin nümayiş Ərdoğan və Donald Trampın görüşündən sonra keçirilmişdi.

Ərdoğan deyib ki, təhlükəsizlik əməliyyatları rəhbəri də daxil olmaqla təhkükəsizlik xidməti üzvləri, onu, qeyri-qanuni PKK təşkilatının üzvlərindən qoruyurdu. Türkiyə prezidenti əlavə edib ki, təhlükəsizlik xidməti, ABŞ polisinin onu müdafiə edə bilməməsindən sonra müdaxilə etməli olub.

Türkiyə Xarici İşlər Nazirliyi, ölkənin nümayəndə heyətinin mühafizəsində ABŞ təhlükəsizlik rəsmilərinin “ciddi laqeydliyi” ilə bağlı Ankaranın tənqidini dəfələrdə təkrar edib və ABŞ-ın Ankardakı səfirinə çatdırıb.

ABŞ dövlət katibi Reks Tillerson isə öz bəyanatında Ərdoğanın təhlükəsizlik agentlərinə qarşı ittihamların “ABŞ-ın söz azadlığı və qanuni siyasi azadlıqlarını ifadə edən fərdlərə qarşı hədələrə göz yummayacağı ilə bağlı aydın mesajı” olduğunu bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG