Accessibility links

Türkiyədə təkamül dərsləri qadağan edilib [Video]


Türkiyədə təkamül dərsləri qadağan edilib
please wait

No media source currently available

0:00 0:02:27 0:00

1928-ci ildə konstitusiya edilən düzəliş nəticəsində Türkiyə konstitusiyadan dövlət dinini islam elan edən maddə çıxarılaraq, Türkiyə dövlətini dünyəvi elan edən maddə əlavə edilib. Lakin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın höküməti ölkənin dünvyəviliyə olan bağlılığını aradan qaldırdığına görə qınaqlarla üzləşir. Ən son olaraq isə hökümət məktəblərdə təkəmülün öyrədilməsini qadağan edib.

Əgər bir şey elmi cəhətdən həqiqətdirsə, ona qarşı çıxmaq olmaz. Əgər təkamül təbiətdə mövcud olan elmi həqiqətdirsə, heç kəs ona qarşı çıxa bilməz. Çünki, bu, həqiqətdir. Uydurma yalanın üstünü örtə bilməz. Dini inanc həqiqəti məhv edə bilməz. Mənim dini inancıma əsasən, elmi həqiqtlər dini həqiqət deməkdir. Bu iki anlayış bir-birinə zidd deyil.
İlhan Eliaçık

Türkiyədə məktəb şagirdləri artıq Darvinin hər bir canlının eyni nəsildən gəldiyini iddia edən nəzəriyyəsini öyrənməyəcək.

Hökümət bu qərara səbəb olaraq “şagirdlərin bu nəzəriyyəni anlamaq üçün lazımı elmi zəminə və ya kontekstə sahib olmadıqlarını” bildirib.

“Biz şagirdlərin idrak səviyyəsindən üstün olan mövzuları dəyişdik, bəzi mübahisəli mövzuları isə çıxardıq”, deyə Türkiyə Milli Təhsil Şurasından Alparslan Durmuş bildirib.

Bəzi tənqidçilər deyir ki, bunun nəticəsi olaraq, Türkiyədə uşaqlar dünya səviyyəsində yarışa bilmək üçün ehtiyacları olan təhsili almayacaqlar.

“Türkiyənin təhsil sistemi əsas elmlər sahəsində çox zəifdir. Həm ölkədaxili həm xarici testlərdə, riyaziyyat, kimya və biologiya kimi fənnlərdə onlar çox aşağı nəticələr əldə edirlər. Bu göstəricilər çox aşağıdır. Əgər biz uşaqlarımıza, gələcək nəslə elm, təkamül və Darvin barədə heç nə öyrətməsək, əgər onları bu fənlər olmadan böyütsək, ölkənin elmi cəhətdən maarifləndiyni necə iddia edə bilərik?” sekulyar alim Ələddin Dincer deyir.

Digərləri isə bunun prezident Ərdoğanın türk cəmiyyətinə islam kimliyini aşılmaq planın bir hissəsi olduğunu deyir.

Amma katolik alimlər kimi, bir çox islam ilahiyyatçıları deyir ki, təkamül və İslam bir arada var ola bilər.

Darvin
Darvin

“Əgər bir şey elmi cəhətdən həqiqətdirsə, ona qarşı çıxmaq olmaz. Əgər təkamül təbiətdə mövcud olan elmi həqiqətdirsə, heç kəs ona qarşı çıxa bilməz. Çünki, bu, həqiqətdir. Uydurma yalanın üstünü örtə bilməz. Dini inanc həqiqəti məhv edə bilməz. Mənim dini inancıma əsasən, elmi həqiqtlər dini həqiqət deməkdir. Bu iki anlayış bir-birinə zidd deyil”, deyə müsəlman ilahiyyatçı İlhan Eliaçık bildirir.

Bu, 1923-cü ildə əsası qoyulduğunundan bəri müasir Türkiyədə bu mövzu ətrafında yaşanan mübahisələrdən ən sonuncusduur. Prezident Ərdoğanın ölkəni hansı istiqamətə aparacağı hələ ki, bəlli olmasa da, bir çey aydındır ki, mübahisədən ən çox zərəri biologiya ilə maraqlanan Türkiyə uşaqları görəcək.

XS
SM
MD
LG