Accessibility links

Terrorizm və Rusiya sanksiyaları Türkiyə iqtisadiyyatını zəiflədir [Təhlil]


Terrorizm və Rusiyanın sanksiyaları Türkiyənin onsuz da tənəzzülə doğru gedən iqtisadiyyatına güclü zərər vurur.

Təhlilçilərin sözlərinə görə, bu həftə Almaniya turistlərindən ibarət qrupun yanında törədilən və 10 nəfərin ölümülə nəticələnən intiharçı hücumundan sonra turizm sənayesinə böyük zərbə endirildi. Almaniya turistləri Türkiyəyə gələn turistlərin təxminən 15 faizini təşkil edir. Türkiyə turizm səneyesindən ildə 34 milyard dollar gəlir əldə edir.

"Bundan sonra kim Türkiyəyə gəlmək istəyəcək?" Bu sözləri Türkiyədə turizm üzrə ekspert Refet Kayakiran deyir. Onun sözlərinə görə, bomba hücumundan sonra Türkiyədə turizm biznesi süquta uğrayır.

Bomba hücumları Türkiyə iqtisadiyyatında Rusiyanın tətbiq etdiyi sanksiyaların təsiri hiss olunmağa başladığı bir zaman törədilib. Moskva və Ankara arasında münasibətlərdə keçən il noyabr ayında Türkiyənin Suriya ilə sərhəddə Rusiya təyyarəsini vurub salmasından sonra gərginlik mövcuddur.

Türkiyə Suriyada vətəndaş müharibəsində üsyançılara qarşı döyüşən hökumət qüvvələrinə dəstək məqsədilə hərbi əməliyyatlar aparan təyyarənin onun sərhədini pozduğunu bildirir. Rusiya bu iddianı rədd edir.

"Türkiyə Rusiyanın iqtisadi sanksyalarına görə ticarət sahəsində 3.1 milyard dəyərində itkiyə məruz qalacaq"-Türkiyə Baş nazirinin müavini Mehmet Şimşek

Rusiyanın tətbiq etdiyi sanksiyalar Türkiyənin turizm, kənd təsərrüfatı və bank sektorlarını hədəf alır.

Türkiyə Baş nazirinin müavini Mehmet Şimşek keçən həftə Vaşinqtonda keçirilən görüşdə deyib ki, "Türkiyə Rusiyanın iqtisadi sanksyalarına görə ticarət sahəsində 3.1 milyard dəyərində itkiyə məruz qalacaq."

Türkiyədə turizm üzrə ekspert Refet Kayakiran deyir ki, Rusiyanın sansksiyaları və eləcə də terrorizmlə bağlı qorxular dalğavari effekt yaradacaq və bunun nəticəsində təkcə mehmanxanalar və kurortlar deyil, daolanışığı turistlərdən asılı olan mağaza sahibləri, taksi sürücüləri və küçə ticarətçilərinə də öz təsirini göstərəcək.

Rusiya Türkiyədən meyvə-tərəvəz, toyuq əti və hətta duz idxalına qadağa qoyub.

Türkiyənin Meyvə Tərəvəz Satıcıları Assosiasiyasının prezidenti Bürhan Er deyir ki, ixrac edilən meyvə və tərəvəzin 65 faizi Rusiyanın payına düşür. "Biz bunun hamısını itirdik. Rusiya bizim üçün böyük bazar idi"-deyə o bildirir.

Antalya
Antalya

Rusiya turistləri

Moskva eyni zamanda Rusiya vətəndaşlarına Türkiyədə istirahət vəsiqələrinin satışını qadağan edib. İstanbulun adətən turistlərlə dolu, dəri və başqa geyimlər, xalçalar, suvenirlərin satıldığıLaləli rayonunda fərq hiss olununr.
İş adamı Zafer Soylu Rusiya ilə biznesdə yavaşımanın başladığını deyir.

"Rusiya təyyarəsinin vurulmasından sonra ticarət daha da geriləyir. Burada mağazaların çoxu artıq bağılanıb"-deyə o bildirir.

Rusiyadan turist axınının azalması turizm sənayesi ekspertlərinin sözlərinə görə, Türkiyə üçün ildə 3 milyarddan artıq itki deməkdir. Onlar bildirir ki, təkcə 2014-cü ildə Türkiyəyə Rusiyadan 4,5 milyon turist gəlmişdi.

Ərzaq ixracatı, Enerji

Türkiyənin Kənd Təsərrüfatı nazirliyinin keçən həftə bildirdiyinə görə, Rusiyanın Türkiyədən ərzaq məhsullarının idxalına qadağa qoyması 764 milyon dollar itki ilə nəticələnəcək.

Moskva eyni zamanda Türkiyəyə təbii qazın nəqlini nəzərdə tutan"Türkiyə Axını" adı ilə tanınan qaz kəməri layhəsini də təxirə salıb. Rusiyanın Rosatom dövlət nüvə agentliyi Türkiyədə Akkuyuda 20 milyard dollarlıq nüvə elektrik stansiyasının inşasını saxlayıb.

İstanbulda valyutadəyişmə məntəqəsində
İstanbulda valyutadəyişmə məntəqəsində

Türkiyə hökumətini Moskvada təmsil edən ticarət missiyasının keçmiş nümayəndəsi Aydın Sezer Amerikanın Səsinə deyib ki, Rusiyanın sanksiyaları Türkiyəyə ildə 12 milyard dollara başa gələcək. Bu, Türkiyə hökumətinin təxmin etdiyindən dörd dəfə artıqdır.

Türkiyənin ən böyük maliyyə təsisatlarından biri olan İş Bankası Rusiya sanksiyalarının təsiri ilə bağlı hesabatda bildirib ki, ixracat, eləcə də ticarət və inşaatdan əldə edilən gəlirlər Türkiyə üçün ən böyük zərər görəcək sahələr olacaq. Hesabatda deyilir ki, Türkiyənin ən yaxşı halda itkiləri 4.4 milyard dollar təşkil edəcək, ən pis ssenari isə bu rəqəmin ildə 7.3 milyard dollar çatdığı halda ola bilər.

XS
SM
MD
LG