Türkiyənin xarici işlər naziri Mövlüt Çavuşoğlu çərşənbə axşamı hökumətinin səudiyyəli jurnalisti Camal Xaşuqcinin öldürülməsi ilə bağlı daha çox məlumat əldə etdiyini və qətllə bağlı araşdırılmalar başa çatdıqdan sonra dəlillərin ictimaiyyətə açıqlanacağını bildirib.
Türkiyə təhlükəsizlik kameralarının göstərdiyi kimi konsulluğa daxil olan Xaşuqcinin içəridə boğularaq öldürldüyünü, onun bədəninin hissəslərə parçalandığını və çox güman turşuda həll edildiyini deyir.
Xaşuqci Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna nişanlısı ilə evlənmək üçün lazım olan sənədləri almaq məqsədilə getmişdi. Nişanlısı onu konsulluğun qarşısında gözləyirdi.
Xaşuqcinin cəsədinin qalıqları tapılmayıb.
Səudiyyə Ərəbistanı əvvəlcə Xaşuqcinin konsulluqdan çıxdığını və onun harada olduğu haqda məlumatın olmadığını, daha sonra isə onun əlbəyaxa dava zamanı öldüyünü bildirmişdi.