Accessibility links

Azərbaycan Türkiyədə çevriliş cəhdi zamanı yaralananlara 100 min dollar yardım edib


Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə

Azərbaycan iyulun 15-də Türkiyədə hərbi çevriliş cəhdinin qarşısının alınması zamanı yaralananların müalicəsi üçün 100 min dollar yardım edib.

APA agentliyi bildirir ki, avqustun 10-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 100 min dollarlıq çeki Türkiyə Böyük Millət Məclisinin sədri İsmail Kahramana təqdim edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Paşazadə bu gün Ankarada keçirilən 9-cu Avrasiya İslam Şurası Məşvərət Toplantısında deyib ki, Azərbaycan xalqı Türkiyə xalqı ilə eyni üzüntüləri paylaşır, duaları ilə Türkiyənin yanındadır.

“Günahsız insanların ölümünə səbəb olanlara müsəlman deməyə heç kəsin haqqı yoxdur”, Paşazadə qeyd edib.

O bildirib ki, əgər FETÖ silah və tanklarla xalqa qarşı hərəkət edibsə, bu müsəlmanlıq deyil, şeytanlıqdır.

“Azərbaycan xalqı və dövləti olaraq Türkiyə dövləti və xalqının yanındayıq. 15 iyul gecəsi həm Azərbaycan, həm də Türkiyə üçün böyük imtahan oldu. Allaha şükürlər olsun ki, Türkiyə xalqı prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə bu imtahanda qalıb oldu. Türk xalqı müstəqilliyinə sahib çıxdı və gələcəyinin asılılıq altına alınmasının qarşısını aldı. FETÖ ilə mübarizəmiz davam edəcək”, o deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG