Accessibility links

Türkiyədə etnik zəmində gərginliyin arta biləcəyi ilə bağlı narahatlıqlar mövcuddur


PKK üsyançılarının Türkiyə təhlükəsizlik qüvvələrinin 30-dan çox əsgərini öldürməsi ölkə boyu millətçi ruhlu nümayişlərin keçirilməsinə səbəb olub. Kürd tərəfdarı HDP partiyasının qərargahları hədəf alınıb. Türkiyənin siyasi partiyaları əhalini təmkin göstərməyə çağırır, lakin ölkədə etnik münaqişənin güclənə biləcəyi ilə bağlı narahtlıqlar mövcuddur.

Bu həftə Türkiyə bayraqları dağalandırıb qisas almağa çağıran qəzəbli kütlə Ankarada HDP-nin ofisinə hücum edib. Partiya rəsmiləri polisi müdaxilə etməməkdə günahlandırıb. Buna oxşar hücumlar Türkiyənin başqa yerlərində də baş verib. Yerli medianın verdiyi məlumata görə, bir sıra yerlərdə kürdlər və onlara məxsus mağazalara hücum edilib.

İstanbulda Süleyman Şah universitetinində siyasi elmlər mütəxəssisi Çengiz Aktar Türkiyədə azlıqlara qarşı belə rəftara əvvəllər də müşahidə edildiyini deyir. “Son yüz ildə poqromlar müvafiq şəkildə ölkənin mərkəzi hökumətinin rəsmiləri tərəfindən hazırlanıb. Dünən insanlar HDP-nin ofisinə hücum edib. Bu, kortəbii baş verməyib. Bu, bir-bir seçilmiş şəhərlərdə baş verib və gənclərə ola bilsin təlimat verilib və onlar təşviq edilib.”

HDP lideri Səlahəddin Demirtaş prezident Rəcəp Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyasını və Türkiyə kəşfiyyatını zorakılıqların arxasında durmaqda ittiham edib. Milliyyətçi Hərəkat Partiyası hadisələrdə əli olduğunu rədd edərək, günahı Ədalət və İnkişaf Partiyasının gənc qanadının üzərinə atıb. Partiya bu iddiaları rədd edir.

Ədalət və İnkişaf Partiyasında millət vəkili və partiyanın gənclər şöbəsinin keçmiş rəhbəri Əbdürrahim Boynukalın Türkiyədə nüfuzlu Hürriyyət qəzetinə qarşı zorakı nümayişdə iştirak edərək qəzeti prezident Ərdoğanın sözlərini təhrif etməkdə günahlandırıb. O, qəzetin sahibinin və HDP-nin ölkədən çıxarılmasına çağırıb.

Ədalət və İnkişaf Partiyasının sözçüsü Numan Kurtulmuş etnik zəmində zorakılıqları və bunun arxasına dayananları qınayıb. Lakin müşahidəçilər bildirir ki, noyabrda ümumi seçkilərdə üstünlüyün bərpa etmək istəyən Ədalət və İnkişaf Partiyası PKK-nı məğlub etmək işinə sadiq olduğunu göstərməklə Türkiyədə millətçilərin səslərini qazanmağa çalışacaq.

XS
SM
MD
LG