Accessibility links

Ankara ABŞ-da türkiyəli bankirin ittiham edilməsini tənqid edir


Ankara ABŞ-da türkiyəli bankirin ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozmasına görə ittiham edilməsini tənqid edir.

Türkiyə prezidenti Mehmet Hakan Atillanın məhkəmə qərarını tənqid edərək, ABŞ-ın ədliyyə sisteminin dünyaya təhlükə yaratdığını deyib.

“Əgər ABŞ-ın ədalət anlayışı budursa, onda dünya bundan narahat olmalıdır. ABŞ bir səbəbdən özünün ədalət anlayışını nəzərdən keçirməli, eyni zamanda onu möhkəmləndirməlidir”- deyə, Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan bildirib.

Türkiyə dövlətinə məxsus Halkbankın rəhbəri Mehmet Hakan Atilla çərşənbə günü Nyu-York məhkəməsi tərəfindən ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaları pozduğuna görə 6 ittihamdan 5-də günahkar tanınıb.

XS
SM
MD
LG