Accessibility links

Türkiyə höküməti 18 ölkədə 80 nəfəri ələ keçirib


Türkiyənin kəşfiyyat agentliyi 18 ölkədə apardığı gizli əməliyyatlar nəticəsində hökümətin 2016-cı ildə baş verən çevriliş cəhdi ilə əlaqəsi olmaqda ittiham etdiyi təxminən 80 Türkiyə vətəndaşını ələ keçirib. Bunu cümə axşamı yüksək səviyyəli Türkiyə rəsmisi bildirib.

Baş nazirin müavini Bekir Bozdağın Habertürk televiziya kanalına verdiyi müsahibə zamanı etdiyi bu şərhləri Türkiyə gizlicə Kosovadan çevriliş cəhdini dəstəkləməkdə ittiham etdiyi, beşi müəllim və biri həkim olmaqla, altı Türkiyə vətəndaşının deportasiyasını təşkil edib.

Onların bu addımı Kosovo baş nazirini hiddətləndirib və o, bu məsələ ilə bağlı onu xəbərdar etməddikləri üçün ölkənin daxili işlər naziri və kəşfiyyat idarəsinin rəhbərini vəzifədən çıxarıb. Bu hadisə həmçinin insan haqları qrupunlarının qınaqlarına səbəb olub.

Bozdağ deyib ki, ABŞ-ın Milli Kəşfiyyat Agentliyi də buna bənzər olaraq 18 ölkədə apardığı gizli əməliyyatda ABŞ-da yaşayan din xadimi Fəthullah Gülən ilə əlaqəsi olmaqda şübhəli bilinən insanları “toplayaraq, ABŞ-a geri aparıb.” O, ölkələrin adlarını açıqlamasa da bu cür əməliyyatların davam etiyini bildirib.

Türkiyə Güləni 250 nəfərin ölümü ilə nəticələnən çevriliş cəhdində əli olmaqda ittiham edir. Gülən isə bu iddiaları rədd edir.

Lakin prezidentin sözçüsü İbrahim Kalın şübhəlilərin qeyri-qanuni yollarla qaçırıldığını inkar edir. O, Kosovodakı həmin altı nəfərin ölkənin hüquq-mühafizə orqanları ilə əldə olunan razılıq nəticəsində Türkiyəyə geri aparıldığını təkid edib.

“Biz Gülən hərəkatına qarşı mübarizədə heç vaxt qeyri-qanuni işlər görməmişik,” deyə Kalın bildirib. Kosovodakı hadisələr cinayətkarların geri göndərilməsilə bağlı əldə olunan razılıq çərçivəsində baş verib.”

Kosovodan deportasiya olunanlar Gülən hərəkatının dəstəklədiyi məktəb və klinikalarda işləyirdi.

Türkiyə höküməti çevriliş cəhdindən bəri Gülən ilə əlaqəsi olduğunu ittiham etdiyi 38 mindən çox insanı həbs edib və təxminən 110 min dövlət qulluqçusunu işdən çıxarıb. Bu insanların çoxu isə günahsız olduğunu iddia edib.

XS
SM
MD
LG