Türkiyədə İŞİD terror qruplaşmasının 10 üzvü həbs edilib. "Anadolu" xəbər agentliyinin verdiyi məlumat görə, həmin şəxslər Suriya ilə sərhəddə saxlanılıblar.
Bütün saxlanılan şəxslər Türkyə vətəndaşlarıdır. Onların arasında Türkiyədə baş vermiş terror hadisələrinin təşkilində şübhəli bilinənlər də var.
Xatırladaq ki, martın 13-də Türkiyənin paytaxtı Ankarada törədilmiş partlayış nəticəsində 37 nəfər ölüb, 125 nəfər yaralanıb. Partlayışın səbəbi minalanmış avtomobil olub.