Accessibility links

Türkiyənin bir çox universitetində ölkədə elan edilən fövqəladə hal nəticəsində bu ay ərzində 300 alimin təqib olunmasına qarşı etirazlar davam edir.

İyulda baş verən çevriliş cəhdindən bəri 5 minə yaxın alim işdən çıxarılıb. Lakin ötən ay ölkənin bəzi aparıcı alimlərinin də işdən çıxarılması təqiblərlə bağlı narahatlıqları artırıb.

Çərşənbə axşamı müəllim və tələbələr İstanbulun Marmara Universitetinin qarşısında etiraz aksiyası keçirib. Onlar fövqəladə hal altında alimlərin işdən çıxarılmasına etiraz edib.

Bu ay həmin universitetin yüksək vəzifəli heyət üzvləri işdən çıxarılıb. Fövəladə sərəncama əsasən ölkə boyu 330 alim, eləcə də 4 min dövlət qulluqçusu vəzifəsindən azad edilib.

İyulda baş verən uğursuz çeviliş cəhdindən sonra fövqəladə halın tətbiq olunmasından bəri 5 mindən çox alim təqib edilib. Onlar terror təşkilatları və çevriliş cəhdini dəstəkləməkdə ittiham olunub.

Lakin ən son təqiblər nəticəsində Türkiyənin aparıcı universitetlərinin tanınmış alimləri də işdə çıxarılıb.

İstanbul Yıldız Teknik Universietindəki vəzifəsindən azad olunan politologiya üzrə dosent İsmet Akcanın sözlərinə görə, Türkiyənin ali təhsilinin gələcəyi təhlükə altındadır.

“Bu insanları təqib edərək, (ki bu insanlar təkcə sol-yönümlü demokratlar deyil, yaxşı alim və akademiklərdir), onları təqib edərək, hökümət bu ölkədəki ali təhsil və universitet anlayışını hədəf alır. Universitetlərdə artıq qorxu hissi yaranıb.”

Akca deyir ki, bir çox həmkarı kimi, o da Türkiyə dövləti ilə kürd qiyamçıları arasında döyüşə son qoyulmasına çağıran petisiyanı imzaladığına görə işdən çıxarılıb.

O, bu təqiblərin tənqidi səsləri boğmaq məqsədi daşıdığını deyir.

Türkiyənin sabiq prezidenti Abdullah Gül
Türkiyənin sabiq prezidenti Abdullah Gül

Bu ay təqib olunanlar arasında konsistusiya qanunu, nevrologiya, teatr, musiqi və politologiya kimi sahələrdə çalışan müəllimlər daxil olub.

Ötən həftə polis universitetdə professor və tələbələrin keçirdiyi etiraz aksiyasını dağıdıb, amma iğtişaş hələ də davam edir.

Müəllimlərin işdən çıxarılması müxalif partiyalar tərəfindən tənqid olunur. Bundan əlavə AKP-nin qurucu üzvlərindən biri olan sabiq prezident Abdullah Gül də öz narahtlığını ifadə edib.

O deyir ki, hadisələri kədər hissi ilə izləyir və işdən çıxarılan müəllimlərin nə qanun nə də vicadana uyğun gəlmədiyini deyib. O əlavə edib ki, xüsusilə də, elm dünyası və universitetlərdə bu cür hadisələrin artmasını müşahidə etmək həm narahatedici, həm də ağrılıdır.

Hökümət-yönümülü mediada bəziləri də çox nadir görülən bir addım ataraq, tənqidlərini dilə gətirblər. Bunların sırasına nüfuzlu köşə yazarları daxildir ki, onların bəziləri alimlərin işdən çıxarılmalarını açıq şəkildə qınayıb.

Türkiyənin baş naziri Binəli Yıldırım
Türkiyənin baş naziri Binəli Yıldırım

Çərşənbə axşamı parlamentdə çıxış edən baş nazir Binəli Yıldırım bu narahatlıqları yatışdırmağa çalışıb.

O deyib ki, hər hansı ədalətsizliyə qanuni çarə tapmaq üçün ən son sərəncamın yenidən qiymətləndirməsi mexanizmi yaradılıb. Komitə yeddi üzvdən ibarət olacaq və onlar bütün etirazları nəzərdən keçirib qərar verəcəklər.

Tənqidçilər bu addımı qınayaraq, bunun “şübhəli, günahkar olduğu sübut olunanadək, günahsızdır” prinsipinə xələl gətirdiyini deyir.

Komitə üzvlərinin müstəqil olub-olmadıqları da sual edilir.

İğtişaş ölkədəki digər universitetlərə də yayılır. Tələbələr dərsləri boykot edir və etirazlar keçirir. Təhlilçilər xəbərdarlıq edir ki, etirazlar da təqiblər də davam edəcək.

XS
SM
MD
LG