Accessibility links

Türkiyənin cənub-şərqində partlayış 9 nəfərin həyatına son qoyub


Qaziantepdə baş verən bomba partlayışı nəticəsində azı 69 nəfər yaralanıb

Türkiyə prezidenti Abdullah Gül Qaziantep şəhərində baş vermiş ölümcül bombalı hücumu ”insanlığa qarşı cinayət” adlandıraraq dörd uşaq daxil olmaqla doqquz nəfərin ölümündən kədərləndiyini bildirib.

Cənab Gül Çərşənbə axşamı bəyanatla çıxış edərək yaxınlarını itirən ailələrin kədərini bölüşdüyünü bildirib. O cavabdehləri şiddətlə qınadığını dilə gətirib.

Xatırladaq ki, Türkiyə prezidenti Abdullah Gül Qaziantep şəhərində baş vermiş ölümcül bombalı hücumu ”insanlığa qarşı cinayət” adlandıraraq dörd uşaq daxil olmaqla doqquz nəfərin ölümündən kədərləndiyini bildirib.

Cənab Gül Çərşənbə axşamı bəyanatla çıxış edərək yaxınlarını itirən ailələrin kədərini bölüşdüyünü bildirib. O cavabdehləri şiddətlə qınadığını dilə gətirib.

Xat;rladaq ki, Türkiyənin cənub-şərqində maşında quraşdırılmış bombanın partlaması nəticəsində ən azı 9 nəfər həlak olub, 69 nəfər yaralanıb.

Baş nazir müavini Bəşir Atalay çərşənbə axşamı jurnalistlərə bildirib ki, həlak olanlardan dördü uşaqlar olub.

Uzaqdan idarə olunan bomba bazar ertəsi gecə vaxtı Suriya ilə sərhəddə yerləşən Qaziantep şəhərində partladılıb.

Çərşənbə günü baş nazir Rəcəb Təyyib Ərdoğanın şəhəri ziyarət edəcəyi gözlənilir.
Bombanın partladılmasına görə hələlik heç kəs məsuliyyəti öz üzərinə götürməyib.

Türkiyədə kürdlərin çoxluq təşkil etdiyi cənub-şərq əyalətlərində qanundan kənar elan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) üsyançıları fəaldırlar.

1984-cü ildə PKK silahlı mübarizəyə qoşulandan bəri əsasən kürdlər olmaqla 40 000-dən çox insan həlak olub.
XS
SM
MD
LG