Türkiyə ordusunun 5 əsgəri şəhid olub. Yerli mətbuatın verdiyi məlumata görə, bu gün günorta saatlarında Hakkarinin Şemdinli rayonunda hərbi maşın karvanı keçən zaman PKK terrorçuları öncədən yola yerləşdirdikləri partlayıcı qurğunu işə salıb.
İlkin məlumatlarda 4 əsgər şəhid olduğu, 1-nin isə yaralandığı bildirilsə də, daha sonra ölənlərin sayının 5 olduğu təsdiqlənib.
Terrorçuların ələ keçirilməsi üçün regionda irimiqyaslı əməliyyat başlayıb.
Xatırladaq ki, son zamanlar terrorçuların hədəfində olan Türkiyə bir neçə gün öncə Atatürk Hava Limanında baş vermiş terrorla sarsılmışdı.
Bu hücumun məsuliyyətini İŞİD qruplaşması öz üzərinə götürsə də, ölkədə uzun illərdir PKK kimi başqa terror qrupları da hücumlar həyata keçirir.