Accessibility links

Türkiyədə seçkilər bitdi - AKP qələbəyə yaxındır


Bu gün Türkiyədə keçirilən erkən parlament seçkilərinin ilkin nəticələri İslam təmayüllü Ədalət və İnkişaf Partiyası (AKP) qələbə qazanaraq təkbaşına hökumət formalaşdırmaq hüququ əldə etdiyini göstərir. Bu, Rəcəb Tayyip Ərdoğan üçün mühüm addım hesab olunub.

Ölkənin baş naziri və AKP lideri Ahmet Davutoğlu Twitter-də sevincini "Əlhəmdulillah" deyə bölüşüb.

Səsvermə zamanı təhlükəsizlik qüvvələri xüsusilə kürdlərin yaşadığı Diyarbəkir şəhərində polisə daş atan nümayişçilərə qarşı göz yaşardıcı qazdan istifadə edib.

Səslərin 95%-i hesablandıqdan sonra AKP-nin 49,4% səs topladığı açıqlanıb. Cümhuriyyət Xalq Partiyası (CHP) 25,2%, Milliyyətçi Hərəkat Partiyası (MHP) 12%, Xalqların Demokratiya Partiyası (HDP) isə 10,3% səs alıb.

Bu nəticə ilə AKP parlamentdə 310-dan çox yer əldə edib. Hökumət formalaşdırmaq üçün minimum 276 səs tələb olunur.

7 iyun 2015-ci il seçkilərində AKP 40%, CHP 25%, MHP 16%, HDP isə 13% səs toplamışdı.

AKP rəsmisi Reuters xəbər agentliyinə bildirib ki, onlar yekun olaraq 45-46 faiz səs toplayacaqlar ki, bu da birpartiyalı hökumət qurmaq üçün yetərli olacaq.

"Bu, bizim gözləntilərimizi aşan uğurdur" - deyə adının açıqlanmasını istəməyən AKP rəsmisi bildirib.

XS
SM
MD
LG