Accessibility links

Türkiyədəki qədim dini abidələri kəşf edən amerikalı professor [Video]


Türkiyədəki qədim dini abidələri kəşf edən amerikalı professor
please wait

No media source currently available

0:00 0:02:53 0:00

Huntington Universitetinin tələbələri Mət Vitney və Loqan Buş Mark Feirçayld ilə Türkiyəyə ilk səfərlərinə çıxdıqlarında inana bilmirdilər ki, hələ də Bibliyalogiya və din professoru haqqında heç bir film çəkilməyib.

Tələbələr 2015-ci ildə universiteti bitirdikdən sonra film rejissoru oldular. Bu ilin may ayında isə onlar Mark və Turkiyə haqqında çəkdikləri sənədli filmi yekunlaşdırıblar.

Mark Feirçayld fəaliyyətinə arxeoloq olaraq başlamayıb. Bibliya tarixçisi olan professor Əhdi-Cədiddə yazılanların Türkiyədə baş verməsinə çox təəccüblənmişdi. Buna görə 20 il əvvəl o, Türkiyəyə səfər etmək qərarına gəlir. Mark burada qarşılaşdığı qədim abidələrdən o qədər təsirlənir ki, özü arxeoloq sənətini öyrənməyə başlayır və bütün vaxtını burada keçirir.

Hellenistik və Yəhudi dini haqqında öyrənməklə yanaşı o, erkən xristianlıq haqqında da xeyli məlumat əldə edə bilib. 2012-ci ildə etdiyi səfərində Mark dünyanın ən qədim sinaqoqlarından birini kəşf edib.

Feyrçayld bu günə qədər Türkiyədə 350-dən çox yerə səyahət edib. O öz kəşflərini bir çoxunu kəndləri ziyarət edərək orada yerli əhali ilə söhbət etməsi nəticəsində kəşf edir. Yerli əhali bu ərazilərdəki qalıqlardan xəbərdar olsalar da, çox nadir halda bu qalıqların tam olaraq nə olduğunu bilirlər. Bu da səbəb də odur ki, ölkə öz tarixinin İslamla başladığını düşünür.

Mark ümid edir ki, həm onun gördüyü işlər, həm də bu film qərblilər üçün tarixin qiymətləndirilməsi olduğu qədər, Türkiyənin müasir dünyadakı rolunu daha yaxşı izah edən bir mənbə olar.

Kinematoqraflar sentyabrın sonuna qədər "Sonuncu Apostol: Müqəddəs torpaqlarda səyahətlər" adlı sənədli filmi yayımlayacaqlarına ümid etdiklərini bildiriblər.

Film yayımlanandan sonra bir neçə film festivallarından nümayiş etdirilməklə yanaşı, həmçinin internetdə də yerləşdiriləcək.

XS
SM
MD
LG