Accessibility links

Türkiyənin Suriya atəşkəsindəki rolu suallar doğurur


Dekabr ayı boyunca Türkiyə və Rusiya Suriyada atəşkəs əldə etmək üçün intensiv danışıqlar aparıblar. Amma bu iki ölkə münaqişədə qarşı tərəfləri dəstəklədiyi üçün, bu, Ankaranın davamlı sülh razılığı əldə olunmasındakı rolu ilə bağlı sullar yaradır.

Onlar Suriya müharibəsində rəqib tərəfləri dəstəkləyir və danışıqlar aparırlar. Bu da prosesi yardım və etibarlılıqla təmin edə bilər.

Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın Rusiya və Türkiyə prezidentlərinin cümə axşamı atəşkəsi və gələn ay Qazaxıstanda keçirilməsi nəzərdə tutulan Suriya sülh konfransını müzakirə etmək üçün telefonda söhbət etdiklərini bildirib.

Kalın Türkiyənin dekabr ayının əvvəlindən bəri Ankarada Suriyadakı üsyançı qruplarla Rusiya rəsmiləri arasındakı danışıqlarda vasitəçilik etdiyinə dair xəbərləri təsdiqləyib.

Türkiyədə bəzi siyasi analitiklər deyir kİ, Rusiya və Türkiyənin qarşı tərəfləri dəstəkləməsi atəşkəsin müvəffəq olacağına dair bir imkan ola bilər.

“Onlar Suriya müharibəsində rəqib tərəfləri dəstəkləyir və danışıqlar aparırlar. Bu da prosesi yardım və etibarlılıqla təmin edə bilər,” deyə Al-Monitor qəzetinin köşə yazarı Semih İdiz bildirir.

Türkiyə xarici işlər nazirliyi atəşkəsi dəstəkləmək və nəzarət etmək üçün Rusiya ilə əməkdaşlıq edəcəyini bildirib.

Moskva Suriya prezidenti Bəşər Əl-Əsədin əsas hərbi tərəfdarıdır və onun höküməti üzərində böyük təsir gücünə malikdir. Təhlilçilər müharibənin Dəməşqin xeyrinə çevrilməsində Rusiyanın dəstəyinin mühüm olduğunu deyir.



Ankara isə üsyançıları dəstəkləyir. O, üsyançılara təkcə yardım etmir, həm də onları əsas təchizat marşrutu ilə təmin edir.

Ankara hələ də Suriya prezidentinin gələcək rolu ilə bağlı Moskva ilə davalıdır. Türkiyə Xarici İşlər Nazirliyi Türkiyənin hər hansı sülh razılığının hissəsi olaraq Əsədin hakimiyyətdən çıxarılması çağırışını bir daha təsdiqləyib. Amma həm Moskva həm Tehran bu tələbi rədd edir.

Ankaranın bu münaqişədəki təsiri ilə bağlı sullar mövcuddur. “Türkiyə Azad Suriya Ordusu və onun sıralarında döyüşən qruplar adından danışır,” İdiz bildirir. “Amma Türkiyə hazırda Suriya münaqişəsində iştirak edən bütün qruplar adından danışa bilərmi? Problem budur, çünki hazırda Suriyada bir çox vəkalət müharibələri gedir.”

Əməkdaşlıq axtarışında

Türkiyə atəşkəsin təmin olunması üçün Suriyadakı döyüşən qruplar üzərində təsirə malik ölkələrin əməkdaşlıq etməli olduğunu qəbul edir. Bunun əldə olunmasına yardım emək üçün bu həftə Türkiyənin xarici işlər naiziri Mövlud Çavuşoğlu Suriya üsyançılarının digər tərəfdarı olan Qatarla danışqılar aparıb.

Amma Türkiyə hazırda Suriya münaqişəsində iştirak edən bütün qruplar adından danışa bilərmi? Problem budur, çünki hazırda Suriyada bir çox vəkalət müharibələri gedir.

Atəşkəs razılığına BMT-nin terrorçu olaraq müəyyən etdiyi qruplar daxil edilməyib. Türiyə xarici işlər nazirliyi həm İŞİD həm də əvvəllər Əl-Nusra kimi tanınan Cabhat Fateh Əl-Şama qarşı hücumların davam etdiriləcəyini bildirib. Amma yerli media məlumat verir ki, bəzi suriyalı üsyançı qruplar təkcə İŞİD-in hədəf olunacağını iddia edir.

Atəşkəs Türkiyənin Suriyadakı “Fərat Qalxanı” adlı hərbi müdaxiləsinin Suriyanın YPG adlanan kürd üsyançı qrupunu hədəf almağa davam edib-etməcəyini əhatə etmir.

Ankara YPG-ni terrorçu adlandırır, Birləşmiş Millətlər Təşkilatı isə bunu qəbul etmir.

Lakin Ankara YPG-nin PKK-nın bir qolu olduğunu iddia edir ki, BMT də PKK-ni terror təşkilatı hesab edir. YPG Türkiyənin bir çox Qərb müttəfiqləri kimi bu iddianı rədd edir.

Türkiyə höküməti hələ ki, Suriya kampaniyası ilə bağlı planlarını açıqlamayıb.

Bu suallara baxmayaraq, prosesin arxasında güclü “Bu, artıq son cəhddir, insanlar bunun bir nəticə verib-verməyəcəyini gözləyir. Amma bu, gözləndilidiyindən çətin olacaq,” İdiz deyir.

XS
SM
MD
LG