Accessibility links

Türkiyənin yeni baş naziri Azərbaycana səfərini başa vurub


Türkiyə baş naziri Binali Yıldırım-ın Azərbaycana rəsmi səfəri iyunun 4-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Türkiyənin baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə baş naziri Binali Yıldırım-ı və xanımı Semiha Yıldırım-ı hava limanında Azərbaycan baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər yola salıblar.

Binalı Yıldırım iyunun 3-də Azərbaycana gəlmişdi. O, səfər çərçivəsində prezident İlham Əliyev və baş nazir Artur Rasizadə ilə görüşmüşdü.

XS
SM
MD
LG