Accessibility links

Türkiyənin sabiq prezidentinə qarşı dövlət əleyhinə çinayət hökmü qüvvədə qalır


Türkiyənin sabiq prezidentinə qarşı dövlət əleyhinə çinayət hökmü qüvvədə qalır
Türkiyənin sabiq prezidentinə qarşı dövlət əleyhinə çinayət hökmü qüvvədə qalır

Türkiyə məhkəməsi hakimiyyətə hərbi çevriliş yolu ilə gələn sabiq prezidentə qarşı dövlət əleyhinə çinayət hökmünü qüvvədə saxlayıb. Andolu xəbər agentliyinin bildirdiyinə görə, ittihamlar Kənan Evren və sabiq hava qüvvələri komandiri Tahsin Şahinkayaya şamil edilir.

Kənan Evren çevriliş yolu ilə hakimiyyəti 1989-cu ilədək idarə edib. 2010-cu ildə onun məhkəmə qarşısına çıxarılması çağırışlarından sonra konstitusiyaya düzəlişlər edilərək, onun toxunulmazlığı ləğv edilib. Prokurorluq 94 yaşlı Kənan Evren və 86 yaşlı Tahsin Şahinkaya ömürlük həbs cəzası tələb edib.

Bir zamanlar milli qəhrəman hesab edilən şəxslər işgəncələr, insanların yoxa çıxması və azadlığın boğulmasında günahlandırılır.

XS
SM
MD
LG