Accessibility links

Türkiyənin xarici işlər naziri İrana gedir


Türkiyənin xarici işlər naziri İrana gedir
Türkiyənin xarici işlər naziri İrana gedir

Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu İranın nüvə proqramını müzakirə etmək üçün bu ölkəyə səfər edəcək. Türkiyənin Xarici İşlər Nazirliyi cənab Davutoğlunun İrana edəcəyi ikigünlük səfərə bu gün çıxacağını və səfəri zamanı İran hökuməti ilə son zamanlar İraq və Suriyada baş verənlər barədə də müzakirələr aparacağını bildirib.

Türkiyə xarici işlər naziri İrana səfərini Birləşmiş Ştatların regiona qarşı yeni iqtisadi sanksiyalar həyata keçirdiyi və Avropa Birliyinin də eyni addımlar ata biləcəyi səbəbindən artan gərginlik zamanı edir.

Çin bu gün İranın mərkəzi bankı ilə işləyən maliyyə institutlarına qarşı ABŞ sanksiyalarını tənqid edib.

Tehran strateji Hörmüz boğazını bağlamaqla hədələyib və Amerikaya məxsus təyyarədaşıyan gəmiyə İran Körfəzinə qayıtmamaq barədə xəbərdarlıq verib.



XS
SM
MD
LG