Accessibility links

Türkmənistanda prezident seçkisi keçirilir


Sərdar Berdiməhəmmədov
Sərdar Berdiməhəmmədov

Türkmənistanda martın 12-də növbədənkənar prezident seçkisi keçirilir. Bu seçki siyasi hakimiyyəti avtoritar Qurbanqulu Berdiməhəmmədovdan oğlu Sərdara ötürmək üçün bir formallıq kimi görünür.

40 yaşlı Sərdardan əlavə prezidentliyə səkkiz başqa namizəd də var. Onların hamısı prezidentə sadiqliyi ilə tanınırlar və həqiqi namizəd hesab olunmurlar.

Seçki 64 yaşlı prezident fevralın 11-də parlamentin yuxarı palatasına hakimiyyətin “gənc liderlərə” ötürülməsinə imkan yaratmaq üçün istefa vermək niyyətində olduğu söyləməsindən sonraya təsadüf edib.

Bir çox müşahidəçilər bunu onun prezidentliyi sentyabr ayında konstitusiyaya görə prezdient olmaq üçün aşağı yaş həddi olan 40 yaşı olan oğluna ötürməyə hazırlaşdığına işarə olacaq gördü.

Onun bu açıqlamasından bir gün sonra de fakto gücə sahib olmayan parlament erkən prezident seçkisi üçün tarix təyin etdi. Fevralın 15-də Sərdar Berdiməhəmmədov rəsmi olaraq hakim Türkmənistan Demokratik Partiyasını təmsil edən namizəd kimi qeydiyyata alındı.

Türkmənistan 1991-ci ildə müstəqil olandan bəri ölkədə heç bir seçki hüquq qrupları və Qərbin seçki müşahidəçiləri tərəfindən azad və ədalətli hesab olunmayıb.

Vəliəhd

Sərdar Berdiməhəmmədov son illərdə sürətli bir şəkildə bir neçə yüksək vəzifələrə təyin olunub. Buna xarici işlər nazirinin müavini, Ahal vilayətinin qubernatoru, sənaye naziri və 2021-ci ildə kabinet rəhbərinin müavini vəzifələri daxildir.

Ən sonuncusu Türkmənistanda ən mühüm vəzifədir, çünki ölkədə baş nazir yoxdur və prezident həm də hökumət başçısını vəzifəsini icra edir.

Bir çox ekspertlər və adi türkmənlər deyir ki, onlar Berdiməhəmmədovun avtoritar atasının yürütdüyü siyastətə əhəmiyyətli dəyişikliklər edəcəyinə və ya qazla zəngin olsa da, yoxsul ölkədə insanların həyatlarını dəyişmək üçün nə isə edəcəyinə inanmırlar.

Türkməsindən dünyanın dördüncü ən böyük təbii qaz ehtiyatlarına sahib olmasına baxmayaraq, 2006-cı ilin sonlarında hakimiyyətə gələn Qurbanqulu Berdiməhəmmədovun hakimiyyəti altında insanların yaşayış standartları kəskin şəkildə pisləşib.

Ölkə korrupsiya, ərzaq çatışmazlığı, yüksək inflyasiya və yüksək səviyyədə işsizliyə boğulub.

Türkmənistanda siyasi müxalifət yoxdur, media dövlət tərəfindən idarə olunur, hökumət müxalif səsləri və ya azad sözə qarşı tolerantlıq sərgiləmir.

Son dərəcə gizli dövlət həmçinin ölkədə bir dənə də olsun koronavirus infeksiyasının olmadığını iddia edir. Ancaq həkimlər və başqaları gizlicə bildirib ki, Türkmənistanda bir neçə yoluxma dalğası olub və nəticədə xəstəxanalar COVID-19 pasientləri ilə dolub, çox sayda insan ölüb.

Az seçim, az maraq

Son günlərdə yerli rəsmilər və başqa dövlət işçiləri qapı-qapı dolaşaraq seçicilərə seçki dəvətnamələri paylayıb.

“Kağızları paylayanlar həm də seçicilərə Sərdar Berdiməhəmmədova səs verməli olduqlarını deyiblər,” Aşqabad sakini Azadlıq Radiosuna bildirib.

Rəsmilər seçici fəallığının yüksək olmasını təmin etmək üçün dövlət işçilərindən “seçkidə iştirka etməyə və qohumlarını gətirmələrini” tələb edib, əks təqdirdə isə işlərini itirmək təhlükəsi ilə üzləşəcəklərini bildirib.

Qurbanqulu Berdiməhəmmədov
Qurbanqulu Berdiməhəmmədov

Azadlıq Radiosunun Türkəminstandakı müxbirləri türkmənlər arasında seçkiyə maraq və həvəsin çox az olduğunu bildirir.

“Onlar üçün bu, əvvəlcədən bilinən bir nəticədir,” bir başqa Aşqabad sakini deyib.

“İnsanların əsas prioriteti masaya yemək qoya bilməkdir. İnsanlar təhlükəsizliklərindən narahat olduqları üçün seçkini və ya başqa siyasi mövzuları müzakirə etməkdən çəkinirlər.”

Sürgündə olan dörd siyasi fəal və siyasətçi – Əhməd Rəhmanov, Murad Qurbanov, Geldi Kyarizov və Nurməhəmməd Annaev – prezident seçkisində iştirak etməyi planlaşdırdıqların deyiblər, amma onların bunu necə edəcəkləri aydın deyil, çünki onların Türkmənistana geri dönmələrinə icazə verilmir.

Türkmənistan həmçinin xaricdə yaşayan vətəndaşlarının seçkidə səs vermələrini qadağan edib.

Mərkəzi Seçki Komissiyası bildirib ki, seçkidə iştirak edən digər səkkiz namizədlər arasında Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyasının namizəd göstərdiyi Babamurad Meredov və Kənd Təsərrüfatı partiyasından namizəd göstərilən Ağacan Bekmuradov var. Hər iki partiya prezidentə sadiqdir.

Digər altı namizəd təşəbbüs qrupları adlanan qruplar tərəfindən nominasiya edilib. Onlar və ya onların seçki proqramları barədə çox az məlumat var.

Mərkəzi Seçki Komissiyasınin bildirdiyinə görə, ölkə boyu 2618 seçki məntəqəsi quraşdırılıb. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Demokratik İnstitutlat və İnsan Hüquqları Ofisi seçkiyə heç bir müşahidəçi göndərmədiyini bildirib.

Mərkəzi Seçki Komissiyası Pekinin başçılıq etdiyi Şanxay Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və İslam Əməkdaşlıq Təşkilatından onlarla müşahidəçinin gəldiyini bildirib.

XS
SM
MD
LG