Accessibility links

Türkmənistan Rusiyanın Transxəzər qaz kəməri ilə bağlı mövqeyini qeyri-konstruktiv adlandırıb


Türkmənistan Rusiyanın Transxəzər qaz kəməri ilə bağlı mövqeyini qeyri-konstruktiv adlandırıb
Türkmənistan Rusiyanın Transxəzər qaz kəməri ilə bağlı mövqeyini qeyri-konstruktiv adlandırıb

Rusiyanı sentyabrın 13-də yaydığı bəyanatda deyilir ki, Xəzər regionunun işlərinə xaricdən müdaxilə bölgədə vəziyyəti gərginləşdirə və Xəzər dənizinin hüquqi statusuna dair aparılan beştərəfli danışıqlara mənfi təsir edə bilər.

Türkmənistan Xarici İşlər Nazirliyi ölkənin energetika sahəsində Avropa İttifaqı ilə yaxınlaşmasına Rusiyanın rəsmi strukturlarının mövqeyinin anlaşılmaz olduğunu bəyan edib.
APA Agentliyinin xəbərinə görə, XİN-in açıqlamasında qeyd olunur ki, bu il sentyabrın 12-də Avropa İttifaqı Transxəzər qaz kəməri layihəsinin hüquqi bazasına dair danışıqlar aparılması üçün Avropa Komissiyasına mandat verib.
“Bununla da Xəzər regionundan təbii qazın Avropaya nəqlinə dair sənədin razılaşdırılması üzrə maraqlı tərəflərin iştirakı ilə danışıqlar prosesinə start verilib. Hazırda enerji bazarının suveren və bərabərhüquqlu subyektləri arasında normal, sivil əməkdaşlıq prosesi gedir. Amma təəssüf ki, bu, Rusiyanın bəzi rəsmi şəxsləri və KİV-i tərəfindən qeyri-adekvat reaksiya ilə qarşılanır” - deyə açıqlamada bildirilir.
XİN xatırladır ki, Türkmənistan dəfələrlə boru kəməri layihələrinin siyasiləşdirilməsinin əleyhinə olduğunu bəyan edib: “Transxəzər marşrutunun həyata keçirilməsi siyasi konyunkturanın diqtəsi ilə kiminsə maraqlarına toxunmaq deyil, ölkənin iqtisadi inkişafının tələbatı, layihənin bütün iştirakçıları üçün qarşılıqlı real faydalar, öz resurs bazasının əsaslandırılmış qiymətləri ilə şərtlənir. Avropa istiqamətində enerjidaşıyıcılarının ixracı Türkmənistanın beynəlxalq strategiyasının istiqamətlərindən biridir. Transxəzər layihəsi isə bu kontekstdə açar sayılır. Avropalı tərəfdaşlarla danışıqlar işgüzar və konstruktiv əsasda aparılır və davam etdiriləcək”.
Qeyd edək ki, Avropa İttifaqının Şurası bu il sentyabrın 7-də Transxəzər qaz kəmərinin tikintisinin hüquqi bazasına dair Azərbaycan və Türkmənistanla danışıqların aparılması üçün Avropa Komissiyasına mandat verib. Transxəzər qaz kəməri layihəsi 7,9 mlrd. avro həcmində qiymətləndirilir. Layihə Azərbaycan və Türkmənistan qazının Avropa ölkələrinə nəqlini nəzərdə tutur. Tengiz (Qazaxıstan) - Türkmənbaşı (Türkmənistan) - Bakı (Azərbaycan) - Tiflis (Gürcüstan) - Ərzurum (Türkiyə) marşrutu ilə ildə 20-30 mlrd. kubmetr qazın nəql olunması planlaşdırılır.
Rusiya XİN-in sentyabrın 13-də yaydığı bəyanatda isə bildirilir ki, Xəzər regionunun işlərinə xaricdən müdaxilə bölgədə vəziyyəti gərginləşdirə və Xəzər dənizinin hüquqi statusuna dair aparılan beştərəfli danışıqlara mənfi təsir edə bilər: “Bu cür irimiqyaslı layihələrlə bağlı qərarlar bütün Xəzəryanı ölkələrin iştirakı ilə qəbul olunmalıdır. Ümid edirik ki, Aİ Şurası Rusiyanın və digər Xəzəryanı ölkələrin mövqeyinə diqqətlə yanaşaraq, bu formatla razılaşdırılmayan addımlardan çəkinəcək”.

XS
SM
MD
LG