Accessibility links

Türkiyədə Rusiya vətəndaşı həbs edilib


Türkiyədə İslam Dövləti üzvü olduğundan şübhələnilən Rusiya vətəndaşı həbs edilib.

Doğan xəbər agentliyinin bildirdiyinə görə, Renat Bakiyev adlı həmin şəxs təhlükəsizlik kameralarının onun hücum həyata keçirilməsi məqsədi ilə bazanın yerləşdiyi Adananı təqib etdiyini göstərən görüntülərdən sonra nəzarət altına alınıb.

Bakiyev İŞİD üzvü olduğunu və ABŞ təyyarəsinin salınması üçün dronla hücum planlaşdırdığını etiraf edib. O, amerikalıların da hədəf alındığını bildirib.

Bakiyevin Adananın ələvi azlığını da təqib edirmiş. O, ələviləri Allahın düşməni adlandıraraq, prezident Ərdoğanı tənqid edib.

İŞİD-ə qarşı mübarəzə aparan koalisyanın tərəfdaşı olan Türkiyə İncirlik hava bazasından yaraqlılara qarşı əməliyyatlara icazə verir.

İndiyədək Türkiyədə 5 minə yaxın İŞİD yaraqlısı həbs edilib. Onların 3 290-nı 95 müxtəlif ölkə vətəndaşlarıdır.

Ölkəyə son zamanlar 30 269 nəfərin girişinə qadağa qoyulub.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG