Accessibility links

“Tütün həm sağlamlığa, həm də iqtisadiyyata ziyandır"


Ümumdünya Səhiyyə Təşkilatı hər il dünyada tütünlə əlaqəli səbəblərə görə 7 milyondan çox insanın vaxtından əvvəl öldüyünü və tütünün ölkələrin iqtisadiyyatı üçün mənfi təsir göstərdiyi haqqında xəbərdarlıq yayıb.

Çərşənbə günü keçirilən “Beynəlxalq Tütünlə Mübarizə Günü”ndən öncə Ümumdünya Səhiyyə Təşkilatı və BMT-nin İnkişaf Proqramı tütünün ətraf mühitə mənfi təsirləri haqqında birgə hesabat yayıb.

“Tütün torpağa ziyan vururmaqla yanaşı, meşələrin qırılmasına və iqtisadiyyatın tənəzzülünə səbəb olur. Statistik məlumatların əskikliyi səbəbilə bu faktlar indiyənədək tam sənədləşdirilməyib.”

Hesabatda bildirilir ki, tütün tullantılarının tərkibində ətraf mühitə ziyan vuran 7,000-dən çox zəhərli kimyəvi maddələr mövcuddur.

Bundan əlavə, vaxtından əvvəl ölümlərə səbəb olmaqla yanaşı, milyonlarla insanın tütünlə əlaqəli xəstəliklərdən əziyyət çəkdiyi bildirilir. Bunlara korluq, impotensiya və ağız boşluğu xəstəlikləri daxildir.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir ki, effektiv tütün nəzarəti qaydalarına baxmayaraq, siqaretdən ölənlərin sayı artmaqdadır. Belə ki, bu gün ölənlər uzunmüddət siqaret çəkənlərdir. Həmin qaydaların isə müsbət təsiri olması üçün müəyyən vaxt keçməlidir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG