Accessibility links

Tütünlə bağlı qlobal konfrans keçirilir


Tütünlə bağlı qlobal konfransda tütün şirkətlərinin siqaretin ziyanlarına dair qanuni məsuliyyət daşıdığına dair razılıq əldə edilib.

180 ölkənin nümayəndələri Ümumdünya Səhiyyə Təşkilatında qlobal tütünə nəzarətə dair bəyannamə qəbul edib. Burada elektron siqaretlərin satışı qaydaları da yer alır.

6 günlük konfransda tütün əvəzinə istehlakçıların alternativ gəlir mənbələri ilə təmin edilməsi yolları müzakirə edilir.

İctimai səhiyyə fəalları siqaretin səbəb olduğu xəsətliklərin yaratdığı ölüm hallarının artdığını deyir. 2030-cu ilədək bu səbəbdən ölənlərin 80 faizi inkiaf etmiş ölkələrin payına düşəcək.

Ümumdünya Səhiyyə Təşkilatı 21-ci əsrdə tütünün 1 milyard insann həyatına son qoyacağını təxmin edir.

Konfransın 1500-dən artıq iştirakçısını tütün sənayesinin bu kimi görüşlərə mane olmaq cəhdləri narahat edir. Bəyannamədə hökumətlər iri tütün şirkətlərinin səhiyyə siyasətlərinə mane olunması səylərinə qarşı çıxılmasına çağırılır.

ABŞ-da tütünlə bağlı ilk hesabat 1964-cü ildə hazırlanıb. O zaman siqaret çəkməyin ağ ciyər xərçəngi və ürək xəstəliklərinə səbəb olduğu deyilmişdi.

Amerikada siqaretdən istifadəyə məhdudiyyətlər tətbiq edilib. Bu məhdudiyyətlər siqaret çəkənlər və çəkməyənlərin davaranışını dəyişib.

Bir çox ölkədə siqaret qutuları üzərinə xəbərdarlıqlar yerləşdirilib. Siqaret çəkmək üçün yerlər məhdudlaşdırılıb. Hətta siqaretin ən çox çəkildiyi ölkələr Rusiya və Türkiyə də bu ölçülərə əl atıb.

Ümumdünya Səhiyyə Təşkilatı hər il dünyada 6.5 milyon insanın siqaretin səbəb olduğu xəstəliklərdən öldüyünü bildirir.

XS
SM
MD
LG