Accessibility links

Tverdə azərbaycanlı terrorizmi maliyyələşdirməkdə ittiham olunub?


Onu terror fəaliyyətinə maliyyə yardımına görə 10 ilədək həbs cəzası gözləyir

Rusiyanın Tver şəhərinin 25 yaşlı sakini Nurlan Hacıyev Türkiyədə tanışına pul köçürdüyünə görə terrorizmi maliyyələşdirməkdə ittiham olunub. Xəbəri “Azadlıq” radiosu yayıb.

Vəkil Yelena Romanovanın sözlərinə görə, iş bu ilin martında açılıb. Etnik azərbaycanlı Hacıyev Cinayət Məcəlləsinin 205.1-ci maddəsi ilə ittiham olunur, onu maliyyələşdirmə yolu ilə terror fəaliyyətinə yardıma görə 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Dövlət müdafiəçisinin yerinə prosesə daxil olan vəkil Romanova deyir ki, istintaq 2000 rublun nəyə xərcləndiyini müəyyən edə bilməyib, amma iş materiallarında Hacıyevin “İslam dövləti” ideyalarına şərik olduğu haqqında ekspertiza var.

Nurlan Hacıyev özü bildirir ki, 2014-cü ildə qonaq getdiyi yerdə bir gənclə tanış olub, onlar dostlaşıblar və “VKontakt” sosial şəbəkəsində söhbət etməyə başlayıblar. Tezliklə bu şəxs İstanbuldan fotoşəkillər dərc etməyə başlayıb, ailəsi ilə birlikdə oraya köçdüyünü və sürücü işlədiyini bildirib.

2014-cü ilin ortalarında Hacıyevin tanışının Suriyada qanunsuz silahlı birləşmələrə qoşulduğu barədə söhbət yayıldı. “O, vaxtaşırı Suriyada döyüş əməliyyatları zonasına getdiyini deyirdi və məni də öz ideologiyasına cəlb etməyə çalışırdı”, deyə Hacıyev bildirib.

Bir müddət sonra tanışı maliyyə yardımı istəyib, onkoloji xəstəliyi çıxdığını və Türkiyədə xəstəxanada olduğunu bildirib. Hacıyev tanışının həyat yoldaşının kartına 2000 rubl köçürüb.

2015-ci ilin martında Hacıyevə “FSB”nin (Federal Təhlükəsizlik Xidməti) siyahısında adı olduğunu deyiblər və polisə gəlməsini istəyiblər. Həmin vaxt ona ittiham irəli sürmədən, sərbəst buraxıblar. Amma səkkiz ay sonra hüquq-mühafizə orqanları ona şərti cəza və cərimə müqabilində “əməkdaşlıq” təklif ediblər.

Rusiyanın Tver şəhərində çox sayda azərbaycanlı mühacir yaşayır.
Rusiyanın Tver şəhərində çox sayda azərbaycanlı mühacir yaşayır.

Azərbaycan diasporasının rəhbəri bildirib ki, onun FSB-dəki tanışı təqsirini boynuna alarsa və dövlət vəkilinin yerinə özü vəkil tutmamağa söz verərsə, Hacıyevi məhkəmədən əvvəl azad etməyi vəd edib. Amma Hacıyev kağızları imzaladıqda öyrənib ki, ittiham edildiyi maddə şərti cəza imkanını istisna edir.

Dövlət müdafiəçisinin yerinə prosesə daxil olan vəkil Romanova deyir ki, istintaq 2000 rublun nəyə xərcləndiyini müəyyən edə bilməyib, amma iş materiallarında Hacıyevin “İslam dövləti” ideyalarına şərik olduğu haqqında ekspertiza var. İstintaq bu nəticəni təqsirləndirilən şəxsin yazışmada yalnız “müsəlmanların qətlini” yolverilməz hesab etməsindən çıxarıb.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG