Accessibility links

Twitter Rusiya kəşfiyyatı ilə əlaqədar 200-dən çox hesabı qapadıb


Twitter rəhbərliyi Konqresə Rusiya ilə bağlı 200-dən çox hesabı qapatdığını bildirib. Bu addım həmin hesabların ABŞ siyasətinə müdaxilə etməyə çalışan Rusiya kəşfiyyat orqanlarına məxsus olduğu müəyyən edildikdən sonra atılıb.

Bağlı qapılar arxasında keçirilən sessiya oxşar mövzuda Facebook rəhbərliyi ilə keçirilən görüşdən sonraya təsadüf edir. Facebook şirkətinin rəhbərliyi qanunvericilərə Rusiya ilə bağlı 3,000 reklam haqda məlumat verməyə razı olub. Belə ki, həmin reklamlar ABŞ-da irqlərarası və siyasi gərginlikləri artırmağa xidmət edən yazıları təşviq edib.

Şirkət baş verənlərin demokratik təsisatlarımıza nə boyda təhlükə olduğunu tam dərk etmir.

Dinləmələrin məqsədi yalan xəbərlərin yayılması və kiminsə müəyyən istifadəçilərin yazdığına müdaxilə etdiyinin araşdırılmasıdır.

Facebook, Twitter and Google-ın ana şirkəti Alphabet oktyabr ayında Nümayəndələr Palatası, noyabrda isə Senatın komitələrində ifadə verəcək.

Twitter şirkəti Rusiya siyasi xəttini təbliğ edən RT xəbər agentliyinin reklamlara $274,000 xərclədiyini açıqlayıb.

Bəzi qanunvericilər şirkətin məsələyə yanaşmasından narazı qaldıqlarını bildiriblər.

Mark Uorner, ABŞ Senatoru (Virciniya)
Mark Uorner, ABŞ Senatoru (Virciniya)

Konqresmden Adam Şiff Tvitterin verdiyi əksər məlumatların Facebook-un apardığı təhlildən qaynaqlanmasından gileylənib.

"Şirkət baş verənlərin demokratik təsisatlarımıza nə boyda təhlükə olduğunu tam dərk etmir," deyə Virciniya ştatından Senator Mark Uorner narazılığını ifadə edib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG