Accessibility links

Twitter daha uzun qeydlər yazmaq imkanı verəcək


Twitter bəzi istifadəçilərinə daha uzun qeydlər yazmağa imkan yaradacaq.

Şirkətdən verilən məlumata görə, onlar istifadəçilərin kiçik qrupuna “tvit”lərinin qaydaya müvafiq 140 işarədən yox, 280 işarədən ibarət olmasına icazə verəcək.

Twitter-dən tanınmış “tvit”çi prezident Trampın həmin “kiçik qrup” üzvləri arasında olub-olmayacağı ilə bağlı suala cavab verməyiblər. Amma bildiriblər ki, yeni xüsusiyyət sınaq üçün təsadüfi seçilmiş insanlara təqdim ediləcəyindən, hər şey mümkündür.

Yaponiya, Koreya və Çin istifadəçiləri Twitterin yeni xüsusiyyətindən məhrum olacaqlar. Belə ki, həmin xalqların əlifbası az işarə ilə daha çox fikir ifadə etmək imkanı verir.

Bu sosial şəbəkə 2006-cı ildə istifadəyə verilib və çox qısa zamanda qlobal popularlıq qazanıb.

Twitter 328 milyonluq aylıq fəal istifadəçi sayı ilə Facebook, YouTube və Instagram-dan sonra dördüncü popular sosial şəbəkə olsa da, siyasi və sosial mövzuların müzakirəsi üçün ən yayılmış platformadır.

XS
SM
MD
LG