Accessibility links

Twitter-in təmsilçiləri ABŞ Nümayəndə Palatası və Senatın Kəşfiyyat Komitələri ilə müzakirələr keçirir


Twitter şirkətinin təmsilçiləri ABŞ Nümayəndə Palatası və Senatın Kəşfiyyat Komitələri ilə ötən il Rusiyanın Amerika seçkilərinə müdaxiləsinə dair müzakirələr keçirir.

Bağlı qapılar arxasında keçirilən bu görüş Facebook-un 3 min reklamın açıqlanması və öz platformasını daha şəffaf etmək istədiyini bildirməsindən sonraya təsadüf edir.

Məqsəd yalan xəbərlərin yayılması və kiminsə müəyyən istifadəçilərin yazdığına müdaxilə etdiyinin arşdırılmasıdır.

Facebook, Twitter and Google-ın ana şirkəti Alphabet oktyabr ayında Nümayəndələr Palatası, noyabrda isə Senatın komitələrində ifadə verəcək.

Donald Tramp bunu bu gün Tweet hesabında sosial medianın Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinə dair materialların Konqres araşdırmalarına təqdim etməyə razılıq verməsindən sonra yazıb.

Tramp həmçinin yazıb ki, xalq Trampın tərəfdarıdır. “Heç bir prezident vertual şəkildə 9 ay ərzində bu qədər nailiyyətli və iqtisadi artıma malik olmayıb” - deyə prezident bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG