Accessibility links

ABŞ-da şokolad fabrikində baş verən partlayışda iki nəfər ölüb


Rəsmilərin dediyinə görə, cümə günü ABŞ-ın Pennsilvaniya ştatında şokolad fabrikində baş verən partlayış nəticəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb. Doqquz nəfər itkindir.

Rəsmilər bildirir ki, R.M. Palmer şirkətinin fabrikində baş verən partlayışa nəyin səbəb olduğu dərhal məlum olmayıb. Partlayışda bir bina tamamilə dağılıb, digəri zədələnib.

Vest Ridinq şəhərinin meri Samanta Kaaq deyib ki, partlayış o dərəcədə güclü olub ki, bir bina 1 metrdən çox irəliyə gedib.

Palmer-in vebsaytında olan məlumata görə, fabrik 1948-ci ildə açılıb.

“Bu gün 850 işçi Palmerin Vest Ridinqdəki qərargahında500-dən çox unikal məhsulu dizayn edir, istehsal edir, qablaşdırır və göndərir ki, bu da onu Amerikanın ən böyük və ən innovativ şirniyyatçılarından birinə çevirir,” vebsaytda yazılıb.

XS
SM
MD
LG