Accessibility links

Bu gün Almaniyada musiqi festival zamanı ölənlərin anım mərasimi keçirilib


Bu ayın əvvəlində musiqi festival zamanı yaranmış basırıqda 21 nəfər ölmüşdü

Bu gün Almaniyada bu ayın əvvəlində musiqi festival zamanı yaranmış basırıqda ölən 21 nəfərin anım mərasimi keçirilib. Almaniya kansleri Angela Merkel və ölkə prezidenti Kristian Vulff insanların tunelində öldüyü Duisburq şəhərindəki mərasimə qatılıblar. Canlı yayımla nümayiş etdirilən Salvator kilsəsində xüsusi mərasim təşkil edilib.

Festivalın şəhərdə kçeirilməsinə razılıq verdiyi üçün istefası tələb edilən və ölüm təhdidiləri ilə üzləşən Duisburqun meri mərasimdə iştirak etməyib.

XS
SM
MD
LG