Accessibility links

Boris Conson Kyivə sürpriz səfəri zamanı Ukraynaya əlavə yardım vəd edib


Boris Conson və Volodimir Zelenski
Boris Conson və Volodimir Zelenski

Britaniyanın baş naziri Boris Conson Kyivə gözlənilməz səfəri zamanı Ukraynaya daha çox hərbi yardım vəd edib.

“Biz sizə lazım olacaq strateji dözümlülüyü vermək üçün sizinləyik,” Conson iyunun 17-də, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmədən qısa müddət öncə deyib.

Conson ölkəsinin Ukraynanı hansı yardımla təmin edəcəyinin təfərrüatlarını paylaşmayıb.

Kyiv Qərb ölkələrinə daha çox ağır artilleriya, o cümlədən haubitsalar və raketatanlar göndərmələri üçün çağırış edir və Rusiyanın Ukrayna ilə müqayisədə 10-a 1 fərqlə silah üstünlüyünə sahib olduğunu deyir.

Ekspertlərin fikrincə, Rusiya daha böyük silah gücünə malik olduğuna görə görə Ukrayna Donbasda yavaş-yavaş ərazilərini itirir.

Buna baxmayaraq, Ukrayna qüvvələri şiddətli müqavimət göstərməyə davam edirlər.
Moskva fevralın 24-də hərbi müdaxiləyə başlayandan bəri Kyivə ikinci dəfə səfər edən Conson deyib ki, Rusiya qüvvələri “ağır itkilər verirlər.”

Consonun səfəri Almaniya, Fransa, italiya və Rumıniya liderlərinin dəstək nümayişi olaraq Ukraynaya ziyarətindən bir gün sonraya təsadüf edib.

Almaniya kansleri Olaf Şotlz iyunun 17-də Berlində bir müsahibəsində bildirib ki, o, müharibəyə son qoymaq cəhdi olaraq Rusiya Prezidenti Vladimir Putinlə açıq xətt saxlayır, ancaq O, Moskvanın sülh şərtlərini diktə edə bilməyəcəyini deyib.

O deyib ki, o, Putinə “torpaq oğurlaya biləcəyini və vaxt keçdikcə hər şeyin normala çevriləcəyini düşünürsənsə,” səhv etdiyi söyləyib.

XS
SM
MD
LG