Accessibility links

ABŞ husilərin maliyyələşməsinə yardım edən şirkətlərə sanksiyalar tətbiq edir


ABŞ Maliyyə Nazirliyi yanvarın 12-də Yəməndə İranın dəstəklədiyi husi üsyançılarını maliyyələşdirən şəbəkələrə qarşı aparılan repressiyaların bir hissəsi olaraq Honq-Konq və Birləşmiş Ərəb Əmirliklərindəki iki şirkətə qarşı yeni sanksiyalar tətbiq edib.

Nazırliyin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) açıqlamasında bildirib ki, şirkətlər İran mallarını Husi maliyyə vasitəçilərinin şəbəkəsi adından göndərib və malların satışından əldə olunan gəlirlər husiləri "və onların Qırmızı dəniz və Ədən körfəzində beynəlxalq daşımalara qarşı davam edən hücumlarını" dəstəkləyib.

"Birləşmiş Ştatlar husiləri maliyyələşdirən və onların hücumlarını asanlaşdıran İranın qeyri-qanuni maliyyə şəbəkələrinə qarşı tədbirlər görməyə davam edir. Müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə husilərin sabitliyi pozan fəaliyyətlərini və onların qlobal ticarətə təhdidlərini dayandırmaq üçün bütün mümkün tədbirləri görəcəyik" - deyə, maliyyə nazirinin müavini Brayan Nelson açıqlamasında bildirib.

Sanksiyalar ABŞ və Britaniyanın Qırmızı dəniz gəmiçiliyinə hücumlarının qarşısını almaq üçün husi üsyançılarına zərbələr endirməsindən sonra elan edilib.

Bəyanatda maliyyə vasitəçisinin Səid Əl-Camal olduğu bildirilib. O, Husi və İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin gəlir əldə etməsi üçün "İran mallarının satışı ilə bağlı müxtəlif kommersiya fəaliyyətləri ilə məşğul olur". Əl-Camal 2021-ci ilin iyun ayında Maliyyə Nazirliyi tərəfindən sanksiyalara məruz qalıb.

Yanvarın 12-də sanksiyalara məruz qalan şirkətlər Honq-Konqdakı "Cielo Maritime" və Birləşmiş Ərəb Əmirliklərinin "Global Tech Marine Services" şirkətləridir.

Açıqlamaya görə, "Cielo Maritime" Səid Əl-Camala dəstək olmaq üçün İran mallarını Çinə göndərib. Malları daşıyan "Mehle" adlı gəmi yükün İrana məxsus olduğunu gizlətmək üçün saxta sənədlərindən istifadə edib.

Bəyanatda "Global Tech Marine Services"in də eyni şəkildə Səid Əl-Camala dəstək olduğu, İran mallarını göndərdiyi deyilib. "Onun "Samimi 02" gəmisi saxta sənədlərdən istifadə edərək, malların mənşəyini gizlətməyə çalışıb" - deyə, nazırliyin Xarici Aktivlərə Nəzarət Ofisi bildirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG