Accessibility links

Uşaq bağçasında təmir risk altında olan uşaqlara köməkdir


Uşaq bağçasında təmir risk altında olan uşaqlara köməkdir
Uşaq bağçasında təmir risk altında olan uşaqlara köməkdir

ABŞ-ın Dövlət Departamentinin maliyyələşdirdiyi İHYP proqramı Azərbaycana 72.403.000 ABŞ dolları dəyərində humanitar yardım edib.

Kaunterpart İcma və Humanitar Yardım Proqramı Sumqayıt şəhərində (Bakıdan 32 kilometr şimalda) 71 saylı Heyran Uşaq bağçasında məktəbəqədər 110 nəfər uşağın təhsil və sağlamlıq səviyyəsini yüksəldən yeni təmir olunmuş hamam və sinif otaqlarının qırmızı lentinin kəsilməsi mərasimini təşkil edib. Bərpa layihəsi ABŞ Dövlət Departamentinin Avrasiya Humanitar Proqramı Fondu tərəfindən maliyyələşdirilib.

Amerikanın Azərbaycandakı səfirlinin məlumatına görə, uşaq bağçasında 20 nəfər aztəminatlı, 10 nəfər çoxuşaqlı ailələrdən və 80 nəfər qaçqın və məcburi köçkün uşaqları cəmləşib.

Bərpa işlərinə sinif otaqlarında elektrik sisteminin yenilənməsi, qapı və pəncərələrin dəyişdirilməsi daxil idi. Əlavə olaraq tavan və divarlar yenidən suvanıb, yeni çilçıraqlar asılıb və döşəmə dəyişdirilib. Kanalizasiya sistemi yenilənib, su kranı, su qızdırıcısı və su nasosu quraşdırılıb. Bütün su boruları yenisi ilə əvəz olunub.

ABŞ Dövlət Departamenti uşaq bağçasına əlavə olaraq 5.000 ABŞ dolları həcmində mebel hədiyyə edib.

1997-ci ildən başlayaraq, ABŞ-ın Dövlət Departamenti tərəfindən maliyyələşdirilən İHYP proqramı Azərbaycanda ümumi dəyəri 72.403.000 ABŞ dolları olan 557 konteyner həcmində, məcburi köçkünləri və qaçqınları, qocaları, əlilləri, çoxuşaqlı ailələri, kimsəsiz və ehtiyacı olan uşaqlara humanitar yardım edib. Humanitar yardımlar respublikanın 52 rayonunda yaşayan milyondan çox insanlara paylanıb.

XS
SM
MD
LG