Accessibility links

Buxarestdə taksi sürücüləri etiraz aksiyası keçirib


Rumıniyanın paytaxtı Buxarestdə 200-ə yaxın taksi və avtobus sürücüsü hökumət binaları qarşısında etiraz aksiyası keçirib. Maşınlarını eyni yerdə park edən sürücülər Uber və onlayn taksi xidmətlərinin ölkədə yasaqlanmasını tələb edib.

Uber kimi quldurlar ölkədə qadağan edilməlidir

Onsuz da tıxaclar yaşanan səhər saatlarında maşınların şəhərin mərkəzində saxlanması problemlər yaradıb. Etirazçılar aksiyanın axşamadək davam edəcəyini bildirib.

Sürücülər etirazlarını davamlı siqnallarla nümayiş etdirib.

Baş nazir sürücülərin bəzilərini qəbul edib.

Nəqliyyat həmkarlar ittifaqının lideri Boqdan Dinça Associated Press-ə bildirib ki, Uber kimi quldurlar ölkədə qadağan edilməlidir.

Hazıda baş nazirin qərarı gözlənilir.



Nəqliyyat xərclərini yarıya bölən və sürücülərinin vergi ödədiyi Uber şirkəti son iki il ərzində Rumıniya paytaxtı və ölkənin digər şəhərlərində 250 min müştərinin onun xidmətindən istifadə etdiyini bildirir.

XS
SM
MD
LG