Accessibility links

3-D holoqram reklamları [Video]


3-D holoqram reklamları
please wait

No media source currently available

0:00 0:01:58 0:00

Dünya boyu şəhərləri bəzəyən 2-dimensiyalı bilbordlar çox yaxında 3-D holoqramlar ilə əvəzələnə bilər. Bu texnologiya üzərində işləyən şirkətlər deyir ki, bu, bizneslər və brendlərin müştərilər ilə ünsiyyət qurmaq yolunda inqilab yaradacaq.

Bu artıq indidən bilbordları, LED ekranları, LCD ekranları əvəzləməyə başlayıb, çünki ekran sənayesində onillərdir heç bir inqilabi dəyişiklik olmayıb
Art Stavenka

Bu parlaq və bir az hipnoz təsiri yaradan holoqramlar böyük kütlə cəlb edir. Onları hələ görməmiş olsanız da, çox yaxında bu 3-D görüntülərə yaxınlığınızdakı mağazalarda rast gələ biləcəksiniz.

“Bu artıq indidən bilbordları, LED ekranları, LCD ekranları əvəzləməyə başlayıb, çünki ekran sənayesində onillərdir heç bir inqilabi dəyişiklik olmayıb,” deyə Kino-Mo-dan Art Stavenka bildirir.

3-D holoqramı işıq saçan pərlər yaradır. Daha böyük holoqramlar üçün bir neçə pərdən istifadə oluna bilər.

“Bu pərlər fırlanmağa başladığı an siz onları görmürsünüz və onların yerinə holoqramı görürsünüz. Pər o qədər sürətli fırlanır ki, onun fırlandığını görmək mümkün deyil,” Stavenka deyir.

London və Belarusda ofisləri olan Kino-mo proqramlaşdırıla bilən ventilyatora bənzər cihaz yaradan yeganə şirkət deyil. Bu texnologiyanı inkişaf etdirən bir digər şirkət ABŞ və Çində fəaliyyət göstərən Hologruf-dır.

“Çox yaxın gələcəkdə küçələrdə elmi-fantastika filminə bənzər bu cür reklamlar olacaq,” deyə Quan Ju bildirir.

3-D holoqramlardan istifadə üçün artıq alış-veriş mərkəzləri, qatar stansiyaları və restoranlar müraciət edib.

Holoqram
Holoqram

Bu holoqramlar həm də bir çox məkanları olan fəst-fud restoranları kimi françayzerlər üçün əlverişlidir.

“Onlar dünyanın müxtəlif yerlərində yerləşdirdikləri bir neçə cihazı bir mərkəzdən idarə edə bilərlər,” Hologrufdan Ted Meng deyir.

Pərin qiyməti istehsalçıdan asılı olaraq 1000 ilə 3000 dollar arasında dəyişir. Bu pərlərdən açıq havada da istifadə etmək mümkündür.

“Biz onları suya, küləyə və hər cür ekstremal hava şəraitinə davamlı edə bilərik,” Quan Ju söyləyir.

Ona görə də, çox yaxında iki-dimensiyalı bilbordlar bu cür 3-D holoqramlarla əvəzlənə bilər.

XS
SM
MD
LG