Accessibility links

360 dərəcəli eynəklər [Video]


360 dərəcəli eynəklər
please wait

No media source currently available

0:00 0:01:30 0:00

Virtual reallıq getdikcə populyarlaşdığı bir vaxt, istehlakçılar üçün bazara müxtəlif 360-dərəcəli kameralar təqdim olunur. Onlardan ən nəzərəçarpanı isə unikal dizaynı olan içinə kameralar yerləşdirilmiş eynəklərdir.

Bu eynəkləri Google Glass ilə GoPro-nun sintezi kimi düşünə bilərsiniz.

Onları taxırsınız, daha sonra düyməni basıb video çəkməyə başlayırsınız. Beləcə kameranı alıb, ştativə yerləşdirmək kimi artıq iş görməyə ehtiyac qalmır. Hər kamera 180 dərəcəlik görüntü əhatəsinə malikdir. Bu da eynəyin 360-dərəcəli görüntü əldə etməsinə imkan yaradır.
Adil Suraçin

“Bu, dəbə uyğun eynəkdir, amma eyni zamanda dörd linzası olan kameradır. Onların ikis öndə, ikisi isə arxadadır,” deyə Orbi-dən Adil Surançin bildirir.

Bu kameraların çəkdiyi video 4K keyfiyyətində olur. Eynəkləri isə Orbi adlı şirkət hazırlayır.

“Biz ilk 360-dərəcə video çəkə bilən eynək hazırlayırıq,” Surançon deyir.

Bu eynəklər videonu əldən istifadə olunmadan istifadəçinin perspektivindən çəkir.

“Onları taxırsınız, daha sonra düyməni basıb video çəkməyə başlayırsınız. Beləcə kameranı alıb, ştativə yerləşdirmək kimi artıq iş görməyə ehtiyac qalmır. Hər kamera 180 dərəcəlik görüntü əhatəsinə malikdir. Bu da eynəyin 360-dərəcəli görüntü əldə etməsinə imkan yaradır,” Surançin bildirir.

Amma Orbi eynəklərini taxan insan aşağı baxanda bu görüntünü görəcək. Eynəyin dizayenrləri həm də gizlilikdən narahat olan insanları da düşünüb.

“Eynəyin üzərində LED göstəricilər var. Eynək video çəkməyə başlayanda bu LED işıqlar yanır və beləcə ətrafdakı insanlar videonun çəkildiyindən xəbərdar olur,” deyə Surançin bildirir.

Video dərhal sosial mediada paylaşıla bilər və bütün fayllar SD kardının yaddaşına yazılır. Eynəklər suya davamlı və polarlaşmışdır. Onlar artıq indidən 399 dollara sifariş oluna bilər, lakin çatdırılma bu ilin avqust ayında başlayacaq.

XS
SM
MD
LG