Accessibility links

Uçan bina ilə bağlı iki nəfər barəsində həbs qətimkan tədbiri seçilib


یہ واقعہ شہر کے علاقے گل بہار میں پیش آیا۔
یہ واقعہ شہر کے علاقے گل بہار میں پیش آیا۔

Hazırda Bakı şəhər prokurorluğunda iş üzrə istintaq tədbirləri davam etdirilir

Yanvarın 25-də paytaxtın Nərimanov rayonu ərazisində sökülməkdə olan beşmərtəbəli binanın uçması nəticəsində iki nəfərin ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

Respublika Prokurorluğunun mətbuat xidmətinin yaydığı məlumata görə aparılmış istintaqla söküntü işlərini həyata keçirən “Araz-2011A” MMC-nin direktoru Araz Həsənov və həmin işləri icra edən ekskovatorçu Qamət Məmmədov təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində Nərimanov rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda Bakı şəhər prokurorluğunda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Yanvarın 25-də Bakının Heydər Əliyev prospektində sökülməkdə olan beşmərtəbəli binanın uçması nəticəsində iki nəfər ölüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Dağıstanda matəm elan edilib
please wait

No media source currently available

0:00 0:11:26 0:00
XS
SM
MD
LG