Accessibility links

Ucuz içməli su testi [Video]


Ucuz içməli su testi
please wait

No media source currently available

0:00 0:01:34 0:00

Ümumdünya Səhiyyə Təşkilatına əsasən, 2.1 milyard insanın təhlükəsiz təmiz suya çıxışı yoxdur. Onların çoxu bulaqlar və axarlardan asılı olduğu üçün, suyun bakterial çirklənmə dərəcəsini yoxlamaq çox vacibdir. Lakin ucuz və etibarlı test avadanlıqları ya yoxdur ya da çox bahadır. Bu səbəbdən də Britaniya və digər yerlərdə alimlər bir neçə saniyə içində suyun təhlükəsiz olduğunu təsdiq edəcək sadə kağıza əsaslanan test hazırlamağa çalışırlar.

Biz bu cihazla arxa cərəyan siqnalını ölçüb, onu su nümunəsinə salıb siqnalın düşüb və ya eyni qalacağını yoxlamalıyıq. Əgər düşsə, bu, suyun çirkli olduğunun göstəricisidir.
Mirella Di Lorenzo

Bakteriya ilə çirklənmiş suyu içmək böyük xəstəlik epidemiyalarına səbəb ola bilər. Bunun bir nümunəsi Konqo Demokratik Respublikasında yayılan vəba epidemiyasıdır ki, bu epidemiya nəticəsində 2017-ci ilin iyul ayından bəri 1000 nəfər dünyasını dəyişib.

Suda bakteriyaların olub-olmadığını yoxlamaq asandır, amma həmin ərazilərdə yaşayan yoxsul insanlar üçün bu, əlçatmazdır.

İngiltərənin cənub-qərbində Bath Universitetinin tədqiqatçıları adi insanlara suyu yoxlamağa yardım edəcək sadə və ucuz cihazı sınaqdan keçirir.

“Bu cihaz yerində istifadə oluna bilər və sürətli şəkildə, yəni saniyələr içində nəticələri verir,” deyə tədqiqatçı Mirella Di Lorenzo bildirir.

Kağız üzərində çap olunan bioloji baxımdan həll oluna bilən karbon əsaslı elektrodların üzəri biolfim adlı maye ilə örtülüb. Bu sadə cihaz elektrik yükü yaradır və bu yük cərəyanı ölçən alət vasitəsilə qeydə alınır.

“Biz bu cihazla arxa cərəyan siqnalını ölçüb, onu su nümunəsinə salıb siqnalın düşüb və ya eyni qalacağını yoxlamalıyıq. Əgər düşsə, bu, suyun çirkli olduğunun göstəricisidir,” Di Lorenzo söyləyir.

Cərəyan ölçən alət əvəzinə kağız sensor mobil telefona bağlana bilər.

“Bu xəbərdarlıq aləti kimidir və bizə suyun təhlükəsiz olub-olmadığını deyir,” Di Lorenzo söyləyir.

Tədqiqatçılar deyir ki, kütləvi şəkildə istehsal olunsa, biofilm cihazının biri 1 dollara başa gələcək.

XS
SM
MD
LG