Accessibility links

Çinin Uhan şəhərinin bütün sakinləri testdən keçəcək


Bir qrup insanda yenidən yoluxma halı aşkar edildikdən sonra virusun ikinci dalğası qorxusu Çində koronavirusun ilk yayılmağa başladığı şəhərin rəsmilərini 11 milyon sakininin hamısını testdən keçirmək kampaniyasına məcbur edib.

Sakinlərin dediyinə görə, şəhərin azı iki əsas rayonunda qapı-qapı paylanıb və onlayn sorğular göndərilərək, insanların testlərdən keçib-keçmədiyi və onların risk qrupunda olub-olmadığı müəyyən edilir.

“Nuklein turşusu testlərindən monitorinq vasitəsi kimi istifadə edilməsi və dövlət kabinetinin testlərin genişləndirilməsi tələblərinə uyğun olaraq, təxminən 1.2 milyon əhalisi olan Vuçand rayonunun bütün sakinlərinin testlərdən keçirilməsi qərarına gəldik" - deyə, sakinlərə paylanan sorğularda bildirilib.

Uhanda yanvarın 23-də başlayan karantin aprelin 8 qaldırılıb. Həftə sonu 6 yeni yoluxma halının olduğu bildirilib.

Reuters xəbər agentiyi bölgə rəsmilərinə göndərilən sənədə istinadən bazar ertəsi bildirib ki, şəhərdə 10 gün ərzində nuklein turşusu testlərinin keçirilməsi planlaşdırılır.

XS
SM
MD
LG