Accessibility links

Alparslan Çöhrəqanlı: Uyğur Türkləri ağır bədəl ödəyir [Audio]


Alparslan Çöhrəqanlı
Alparslan Çöhrəqanlı

Alparslan Çöhrəqanlı güneydə dəstək mitinqlərini dəyərləndirir

Alparslan Çöhrəqanlı Amerikanın Səsi ilə söhbətdə son vaxtlarda Türkiyə mediasının gündəmində geniş yer alan , eləcə də Türkiyə və İran Azərbaycanında keçirilən kütləvi mitinqlərdə himayə edilən uyğur türklərinin yaşadığı problemlər haqda danışıb. Çin Xalq Respublikasının uyğurlara qarşı siyasətlərini irqçilik olaraq dəyərləndirən Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) üzvü Ramazan ayında əhalinin oruc tutması ilə əlaqədar tətbiq edilən məhdudiyyətləri önə çəkir.

Alparslan Çöhrəqanlı uyğur türklərinə dəstək haqda danışır
please wait

No media source currently available

0:00 0:16:09 0:00

İstər Uyğur türkləri olsun ya İraq və Suriya türkmənləri, Türkiyədə dünyanın hər yerində yaşayan türklərə dəstək verən qrup Ülkücü və Türkçü qruplar olur... Amma insan haqları qrupları da türk olduqları üçün olmasa da insan olduqları üçün onlara dəstək verməlidir.
Alparslan Çöhrəqanlı

Çində uyğurların sıx yaşadıqları və rəsmi adı ilə Sincan-Uyğur Muxtar Rayonu (uyğur türkcəsində: Şincanq Uyğur Aptonom Rayoni) ölkənin ən böyük inzibati bölgəsi olub və bir çox müstəqil ölkə o cümlədən, İran İslam Respublikasından daha geniş əraziyə sahibdir. Uyğurlar özləri bu bölgəni “Şərqi Türkistan” bəzən də sadəcə weten (vətən) adlandırırlar.

“İrqçi Çin höküməti Han çinliləri tədricən Doğu Türkistana yerləşdirərək bölgədə uyğur türk əhalisini çoxluqdan məhrum edib,” deyə güneyli fəal Çin hökumətinin muxtar rayonda etnik demoqrafiyanı dəyişdirmək istiqamətində yürütdüyü siyasətlərə işarə edir.

Alparslan Çöhrəqanlı məşhur Uyğur lider və insan haqları fəalı Rəbiyə Qadir ilə birlikdə
Alparslan Çöhrəqanlı məşhur Uyğur lider və insan haqları fəalı Rəbiyə Qadir ilə birlikdə

Türkiyədə ümumiyyətlə millətçi ya ülkücü qruplar tərəfindən uyğurlara dəstək olaraq təşkil edilən mitinqlərin önəmini şərh edən Alparslan Çöhrəqanlı həmin aksiyaların uyğur türklərinin problemlərini dünya gündəminə çıxarmaqda oynadığı rolu dəyərləndirir.

“İstər uyğur türkləri olsun ya İraq və Suriya türkmənləri, Türkiyədə dünyanın hər yerində yaşayan türklərə dəstək verən qrup ülkücü və türkçü qruplar olur... Amma insan haqları qrupları da türk olduqları üçün olmasa da insan olduqları üçün onlara dəstək verməlidir..,” deyə Çöhrəqanlı ifadə edir.

Çöhrəqanlının fikrincə, “Uyğurlar problemlərini dünya ictimaiyyətinə çatdırmaq üçün böyük bədəllər ödəyiblər.”

“Uyğur türkləri böyük bədəllər ödəmişdir. Güney Azərbaycanda da türklərin bədəl ödəməsi lazim, başarılı olmaq istəsək bu bədəli ödəməliyik,” deyə o qeyd edir.

Güney Azərbaycanın Təbriz və Əhər kimi şəhərlərində türk fəallar özlərinin çətin durumda olduqlarına baxmayaraq və İran İslam Respublikasının basqılarına məruz qalacaqlarını bilərək qardaşlarını, Uyğur türklərini dəstəklədilər və təbrizdə Doğu Türkistan bayrağını qaldırdılar. Bu çox sevindiricidir, oyanış səviyyəsinin yüksəlməsini göstərir.
Alparslan Çöhrəqanlı

O, həmçinin ABŞ-da yaşayan uyğur türklərinin həmin istiqamətdə ciddi fəaliyyət göstərdiyini müşahidə etdiyini deyir.

Güneyli fəal habelə Türkiyədən əlavə ABŞ, Avstraliya və Yaponiya kimi ölkələrin uyğur türklərinə dəstək verdiklərini qeyd edir.

“Güney Azərbaycanın Təbriz və Əhər kimi şəhərlərində türk fəallar özlərinin çətin durumda olduqlarına baxmayaraq və İran İslam Respublikasının basqılarına məruz qalacaqlarını bilərək qardaşlarını, uyğurları dəstəklədilər və təbrizdə Doğu Türkistan bayrağını qaldırdılar. Bu, çox sevindiricidir, oyanış səviyyəsinin yüksəlməsini göstərir,” deyə Alparslan Çöhrəqanlı İyulun 10-da İran Azərbaycanında təşkil olan uyğur türklərinə dəstək mitinqləri ilə bağlı düşüncələrini Amerikanın Səsi ilə paylaşıb.

XS
SM
MD
LG