Accessibility links

İspaniyalı Qarbin Muquruza ilk Uimbldon tennis turnirini qazanıb. O, şənbə günü amerikalı Venus Uilyamsa qalib gəlib.

37 yaşlı Uilyams Qrand Slam çempionu adını qazanan ən yaşlı qadın olmaq istəsə də, Muquruzaya qalib gələ bilməyib.

2015-ci ildə Uimbldon finalında Venusun bacısı Serenaya məğlub olan Muquruza bu dəfə ard-arda doqquz oyunda qalib gələrək, çempion oldu. Bu, onun aldığı ikinci Qrand Slam tituludur.

Venus Uilyams isə 2008-ci ildən bəri ilk Uimbldon titulu uğrunda yarışırdı. Ümumilikdə isə o, Uimbldonda 5 dəfə qalib gəlib.

XS
SM
MD
LG