Accessibility links

Azərbaycan tam “üzən məzənnə”yə keçir


Elman Rüstəmov
Elman Rüstəmov

“Hazırda manatın tam “üzən məzənnə”yə keçidilə bağlı işlər aparılır və tezliklə öz proqramımızı ictimaiyyətə elan edəcəyik”. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov jurnalistlərə bildirib.

Onun fikrincə, tam üzən məzənnəyə keçid çox sıx makroiqtisadi və struktur problemlərinin həll edilməsini tələb edir.

“Biz artıq bu ilin əvvəlindən üzən məzənnəyə keçmişik. Fevraldan mərkəzi bank öz pulunu hərraca çıxarmır. Amma bazarda tələblə təklif arasında böyük disproporsiya var”, o qeyd edib.

Valyuta “qara bazarı” ilə bağlı E.Rüstəmov deyib ki, yaxın vaxtlarda əhali onunla mübarizənin nəticələrini görəcək.

Onun sözlərinə görə, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası və hüquq mühafizə orqanları ciddi işlər aparır.

XS
SM
MD
LG