Accessibility links

Birləşmiş Krallıq İran rəsmilərinə əlavə sanksiyalar tətbiq edir


Londonda İran səfirliyi. 14 yanvar, 2023.
Londonda İran səfirliyi. 14 yanvar, 2023.

Birləşmiş Krallıq bazar ertəsi İran İnqilab Keşikçiləri Korpusunun yüksək vəzifəli rəsmilərinə, o cümlədən maliyyəçilər və komandirlərinə qarşı aktivlərin dondurulması və viza qadağaları daxil olmaqla, sanksiyalar tətbiq edib.

Hökumət İran İnqilab Keşikçiləri Korpusunun ölkədaxili sərmayələrə nəzarət edən fondunun beş idarə heyəti direktoru, habelə dövlət təhlükəsizlik xidmətinin iki vilayət komandirinə sanksiyalar qoyduğunu bildirib.

Bundan öncə də London, Avropa İttifaqı və Birləşmiş Ştatlar son aylarda Tehranın etirazçılara qarşı ölümcül təqiblərindən sonra İran rəsmilərinə qarşı bir sıra başqa sanksiyalar tətbiq edib.

"Biz bu gün rejimin qəddar repressiyasına pul ötürürülməsində məsul olan İran İnqilab Keşikçiləri Korpusunun yüksək vəzifəli liderlərinə qarşı tədbirlər görürük" , Birləşmiş Krallığın xarici işlər naziri Ceyms Kleverli deyib.

"Biz dünya boyu tərəfdaşlarımızla birlikdə İranda fundamental dəyişikliklərə çağıran İran xalqının yanında olmaqda davam edəcəyik".

Birləşmiş Krallıq bu ilin əvvəlindən bəri onlarla İranlı şəxs və təşkilatın, o cümlədən İran İnqilab Keşikçiləri Korpusunun komandirləri və Tehranın baş prokurorunun aktivlərini dondurub və səyahət qadağaları tətbiq edib.

Yanvarda tətbiq olunan ən son sanksiyalardan sonra İran Birtaniya və İranın ikili vətəndaşı olan Əlirza Əkbərini Birləşmiş Krallığa casusluq etmək ittihamı ilə edam etdiyini açıqlayıb və bu, Qərbdə genişmiqayslı qəzəblərə səbəb olub.

İranda sentyabrın 16-da 22 yaşlı iranlı kürd qadın Məhsa Əmininin İslam Respublikasının sərt geyim qaydalarını pozmaq ittihamı ilə saxlanılmasından sonra polisin nəzarətində ikən ölümünün ardınca nümayişlər keçirilib.

Birləşmiş Millətlər Təşkilatı və insan hüquqları qruplarının məlumatına görə, İran o zamandan bəri etiraz dalğaları çərçivəsində minlərlə insanı həbs edib.

Dünyaya Baxış

Dünyaya Baxış. G7 liderləri Ukraynaya 50 milyard dollar kredit vermək planını qəbul edib
please wait

No media source currently available

0:00 0:09:10 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG