Accessibility links

Leyboristlərin lideri Keir Starmer Birləşmiş Krallığın Baş naziri oldu


On ildən çox müxalifətdə olan Leyboristlərin lideri Keir Starmer partiyasının böyük qələbəsindən saatlar sonra Birləşmiş Krallığın Baş naziri oldu.

Starmer ölkənin lideri rütbəsinə Bukingem sarayında Kral III Çarlzla keçirilən xüsusi mərasimdən sonra yüksəldi.

Mühafizəkarların lideri Rişi Sunak Kral III Çarlzın Bukingem sarayında onun istefasını qəbul etməsindən və ailəsi ilə bərabər Dauninq Strit 10 küçəsində yerləşən igamətgahı tərk etdikdən sonra Starmer baş nazirin igamətkahına köçür.

Sunak vida nitqində "çətin gündür, lakin bu işi dünyanın ən yaxşı ölkəsinin Baş naziri olmaq şərəfindən sonra tərk edirəm" deyib.

Sunak səhər tezdən məğlubiyyətini qəbul edərək, seçicilərin "ayıq-sayıq hökm" verdiyini söylədi.

Altı həftə əvvəl növbədənkənar seçkiyə çağırdığı yerdə etdiyi vida nitqində Sunak Starmerə ən xoş arzularını çatdırdı, eyni zamanda səhv addımlarını da etiraf etdi.

"Mən sizin qəzəbinizi, məyusluğunuzu eşitdim və bu səhvlərə görə məsuliyyət daşıyıram. Yorulmadan işləyən, lakin uğur qazana bilməyən bütün mühafizəkar namizədlərə və təşviqatçılara təəssüflə deyirəm ki, sizin səylərinizin layiq olduğunu verə bilmədik" - deyə, o bildirib.

Nəticələrlə 650 yerlik İcmalar Palatasında Leyboristlər 410, Mühafizəkarlar isə 118 yer qazanıb.

Forum

XS
SM
MD
LG