Accessibility links

Britaniya Baş Naziri Conson Ukraynaya yeni hərbi yardım elan edib


Ukrayna prezidenti Volodimir Zelenski Kyivdə Böyük Britaniyanın Baş naziri Boris Consonun Ukraynanın Ali Radasına video müraciəti zamanı parlamentin iclasında iştirak edir, 3 may 2022-ci il

Böyük Britaniyanın baş naziri Boris Conson mayın 3-də Ukrayna parlamentinə videomüraciəti zamanı Ukraynaya 300 milyon funt sterlinq (376 milyon dollar) dəyərində əlavə hərbi yardım veriləcəyini elan edib.

Britaniya bundan əvvəl artıq Ukraynaya hərbi texnika, o cümlədən raketlər və raket qurğular göndərib.

Yeni yardım elektron hərbi avadanlıq, radar batareya sistemi, GPS siqnallarını bloklama avadanlığı və minlərlə gecə görmə qurğusundan ibarət olacaq.

Conson çıxışı zamanı Böyük Britaniyanın nasist Almaniyasının təcavüzü ilə üzləşdiyi bir vaxtda İkinci Dünya Müharibəsi dövrünün lideri Uinston Çörçilin 1940-cı ildə etdiyi müraciətə istinad edib.

"Britaniya xalqı o qədər birlik və qətiyyət nümayiş etdirdi ki, biz ən böyük təhlükə ilə üzləşdiyimiz vaxtımızı ən gözəl anımız kimi xatırlayırıq. Bu Ukraynanın ən gözəl saatıdır, milli hekayənizdə gələcək nəsillər üçün xatırlanacaq və yadda qalacaq unudulmaz bir fəsildir" - deyə Conson Ali Radadakı çıxışı zamanı bildirib.

"Biz Ukraynanı silah, maliyyə və humanitar yardımla uzunmüddətli məqsədimizə çatana qədər təmin etməyə davam edəcəyik. Bu da Ukraynanı möhkəmləndirmək olmalıdır ki, bir daha kimsə sizə hücum etməyə cəsarət etməsin" - deyə, Conson əlavə edib.

Brüsseldə is. mayın 3-ü Avropa Komissiyası Avropa İttifaqının təklif etdiyi altıncı sanksiyalar paketini, o cümlədən Rusiya neftinin alınmasına mümkün embarqonu yekunlaşdıracağı gözlənilir.

XS
SM
MD
LG