Accessibility links

Britaniya polisi Van Qoqun "Günəbaxanlar" rəsm əsərinə sup atan iki qadına qarşı ittiham irəli sürüb


Britaniya polisi şənbə günü bildirib ki, iqlim dəyişikliyinə qarşı etiraz edən nümayişçilərin Vinsent Van Qoqun “Günəbaxanlar” rəsm əsərinə sup atmasından sonra iki qadına qarşı cinayət işi açılıb.

Son iki həftədir Britaniya paytaxtında etirazlar keçirən Just Stop Oil (Neftə Son Qoyun) kampaniyasının internetdə paylaşdığı videoda qrupun iki fəalının cümə günü rəsm əsərinin üzərinə Heinz şirkətinin pomidor supu atdığı göstərilir. Bu, həmin rəsm əsərinin dünya boyu muzey və qalereyalarda nümayiş etdirilən versiyalarından biridir.

Qalereya insident nəticəsində çərçivəyə cüzi zərər gördüyünü, ancaq rəsm əsərinə ziyan vurulmadığını bildirib. Daha sonra rəsm əsərinə yenidən ictimaiyyətə nümayiş etdirilib.

Polis bildirib ki, 21 və 20 yaşlarındakı iki qadın “van Qoqun Günəbaxan rəsm əsərinin çərçivəsinə cinayət nəticəsində ziyan vurmaq” ittihamı ilə Vestminster Məhkəməsində hakim qarşısına çıxacaq.

Bunda əlavə Londonun mərkəzində New Scotland Yard polis idarəsinin qarşısındakı lövhəni zədələməkdə ittiham olunan bir başqa fəal da məhkəməyə çıxarılacaq.

Polis cümə günü etirazlara zamanı azı 28 nəfərin saxlandığını bildirib.

XS
SM
MD
LG