Accessibility links

Britaniya: Rusiya köhnəlmiş qanadlı raketlərdən nüvə başlıqlarını çıxarıb, boş sursatları Ukraynaya atır


Britaniyanın Müdafiə Nazirliyi şənbə günü Twitter-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı gündəlik kəşfiyyat açıqlamasında bildirib ki, “Rusiya çox güman ki, köhnəlmiş qanadlı raketlərdən nüvə başlıqlarını çıxarır və boş sursatları Ukraynaya atır.”

“Açıq mənbə görüntülərində, ehtimal olunur ki, 1980-ci illərdə xüsusi olaraq nüvə silahını hazır vəziyyətə gətirmək sistemi kimi hazırlanan AS-15 KENT havadan buraxılan qanadlı raketin (ALCM) qalıqları görünür. Döyüş başlığı, ehtimal ki, ballastla əvəz edilib.”

Nazirlik deyib ki, “Baxmayaraq ki, bu cür hərəkətsiz sistem raketin kinetik enerjisi və hər hansı istifadə olunmamış yanacaq vasitəsilə müəyyən ziyan vuracaq, onun nəzərdə tutulan hədəflərə qarşı böyük bir effektə nail olmaq ehtimalı azdır. Rusiya demək olar ki, ümid edir ki, bu cür raketlər tələ olacaq və Ukraynanın hava hücumundan müdafiə sistemini yayındıracaq.”

“Rusiyanın niyyəti nə olurs olsun, bu improvizasiya Rusiyanın uzun-mənzilli raket ehtiyatının tükəndiyini vurğulayır,” Britaniya nazirliyi bildirib.

Ukrayna rəsmiləri ölkə boyu elektrik enerjisini bərpa etməyə çalışır. Onlar Rusiyanın raket hücumlarından sonra elektrik şəbəkəsinin təmirində müəyyən irəliləyiş əldə etsələr də, hələ də qaranlığa qərq olunan milyonlarla ukraynalıya dərhal yardım edə bilməyiblər.

Prezident Volodimir Zelenski cümə günü gündəlik müraciətində deyib ki, işçilər çərşənbə günündən bəri elektriksiz qalan insanların sayını iki dəfə azalda bilib. Ancaq o, 6 milyon ukraynalının hələ də elektriksiz qaldığını bildirib.

Dövlət elektrik şəbəkəsi operatoru Ukrenergo cümə günü Telegram-da "Təmir briqadaları gecə-gündüz işləyir" deyib.

Şirkət elektrik enerjisinin 30 faizinin hələ də kəsildiyini bildirib və insanları enerjiyə qənaət etməyə çağırıb.

Zelenski də insanları enerji istehlakını azaltmağa çağırıb.

“Elektrik enerjisi varsa, bu o demək deyil ki, siz eyni anda bir neçə güclü elektrik cihazını işə sala bilərsiniz,” o deyib.

Rusiya qüvvələri çərşənbə günü Ukraynaya daha bir dağıdıcı raket zərbəsi endirərək, Kyivdə doqquz ay öncə hərbi müdaxilə başlayandan bəri ən böyek elektrik kəsilməsinə səbəb olub.

Ukrayna hücumların açıq şəkildə mülki vətəndaşlara ziyan vurmaq məqsədi daşıdığını və bunun müharibə cinayəti olduğunu deyib. Rusiya isə yalnız hərbi infrastrukturu hədəf aldığını bildirib və elektrik kəsilməsinə görə Kyivi günahlandırıb.

Ukraynanın böyük bir hissəsində növbəti bir neçə gün ərzində yağış, qar və aşağı temperatur proqnozlaşdırılır.

NATO-nun baş katibi Yens Stoltenberq cümə günü deyib ki, Rusiyanın mülki infrastuktura raket hücumları ölkə əhalisini istiliksiz, işıqsız və ərzaqsız buraxır.

Brüsseldə çıxış edən Stoltenberq deyib ki, Rusiya Prezidenti Vladimir Putin “Ukraynada uğursuzluğa düçar olur və buna daha qəddarlıqla cavab verir.”

Stoltenberq deyib ki, NATO lazım olduğu qədər Ukraynanın yanında durmağa davam edəcək. O bildirib ki, alyans üzvləri Ukraynaya “misli görünməmiş hərbi” və başqa yardımlar edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG