Accessibility links

Ukrayna rəsmiləri Manafort təhqiqatının genişlənməsində maraqlıdırlar [Video]


Ukrayna rəsmiləri Manafort təhqiqatının genişlənməsində maraqlıdırlar
please wait

No media source currently available

0:00 0:02:30 0:00

Həm Ukrayna, həm də Rusiya prezident Trampın keçmiş köməkçisinin Ukraynada lobbiçilik fəaliyyətinin daha ətraflı araşdırılmasını çağırır. Trampın sabiq seçki kampaniyası rəhbəri Pol Manafort pul yumada və Ukraynada Rusiya meylli partiyanın xeyrinə qeyri-qanuni lobbiçilik etməkdə ittiham olunur. Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Rusiyanın ABŞ seçkilərində iştirakının araşdırılması əvəzinə Manafortun Ukrayna izinə daha diqqətlə nəzər yetirilməli olduğunu deyir.

Yanukoviç Ukrayna paytaxtı Kiyevi 2014-cü ilin martında Moskvanın Krım yarımadasını ilhaq etməsindən az sonra tərk etdi. Ukrayna höküməti ona qarşı bir neçə ittiham irəli sürüb. Bu ittihamların arasında talan, xəyanət və kütləvi qətl də var. ABŞ ictimaiyyəti isə öz növbəsində Trampın keçmiş kampaniya rəhbəri Pol Manafortun biznes əlaqələrinin Yanukoviçə qədər çatdığını eşidəndə təəccüblənib.

Rusiyanın xarici işlər naziri Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi iddialarını təxəyyül adlandırıb.

“Əsassız ittihamlar bu qarışıqlığı yaradanları yaxşı göstərmir və qarışıqlıqdan çıxmağa yardım etmir. İndi də onlar cənab Manafort və onun həmkarlarının işində Ukrayna izi tapıblar. Amma daha yaxşı olardı ki, bu Ukrayna vasitəsilə araşdırılsın. Bəlkə onların ABŞ seçkiləri ilə bağlı deməyə sözləri var?”

Lakin Ukrayna prezidenti Petro Poroşenkonun köməkçisi Amerikanın Səsinə bildirib ki, ABŞ Yanukoviçə sual vermək iqtidarında olmalıdır.

“Yanukoviç vəzifədə olduğunu müddətdə Ukraynada formalaşdırılmış korrupsiyalaşmış hökümət strukturlarının, oliqarxiyanın lideri idi. Bu, 2014-cü il inqilabına qədər davam etdi. O zamanlar Ukrayna biznes icmasına qarşı aqressiv münasibət var idi və müxtəlif sənayelərdən böyük məbləğdə pulların oğurlanması müşahidə edilirdi.”

Ukrayna rəsmiləri ümid edirlər ki, ABŞ federal rəsmiləri tərəfindən keçirilən istintaq Yanukoviç və onun Regionlar Partiyası tərəfindən atılan qeyri-qanuni addımlar haqqında daha ətraflı məlumat əldə etmək imkanı verəcək.

“Amerika hüquq-mühafizə orqanları tərəfindən Pol Manafortun istintaqı vasitəsilə biz Yanukoviçin hakimiyyətdə olduğu müddətdə onun korrupsiya fəaliyyəti və digər qeyri-qanuni işləri haqqında əlavə məlumat əldə edə bilərik. Bu isə Ukrayna hüquq-mühafizə orqanlarının ona qarşı daha güclü iş açmasına yardım edəcək.”

Şimkov bildirib ki, Manafortun Ukrayna biznesi haqqında təhqiqatın Rusiyanın ABŞ seçkilərinə nə dərəcədə müdaxilə etdiyini aşkarlayacaq. Amma əlavə edib, Moskvanın sosial media və sahib olduqları ingilisdilli media vasitələri ABŞ seçicilərinin Trampa səs vermələrinə təsir gösrətməyə çalışdıqları artıq indidən aydındır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG