Accessibility links

Ukrayna prezidenti Azərbaycanda səfərdədir


İyulun 14-də Ukrayna prezidenti Petro Poroşenkonun Azərbaycana ilk səfəri başlayıb.

İlk olaraq Azərbaycan prezidenti İlham Əliyev və Ukrayna prezidenti arasında təkbətək görüş olub.

Azərbaycan prezidentinin rəsmi saytının məlumatına görə, görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, nəqliyyat və humanitar sahələrdə perspektivləri müzakirə olunub.

“Ukrayna və Azərbaycan arasında əməkdaşlıq üçün böyük potensial var". Bu barədə prezidentPoroşenko Bakıda keçirilən Azərbaycan və Ukrayna Prezidentləri Şurasının 5-ci iclasında deyib.

"Xalqlarımız arasındakı münasibətlərdə böyük potensial var. Hətta deyərdim ki, prezidentlər arasında isti və dostluq münasibətləri mövcuddur. Biz fəal danışıqlar prosesindəyik", o qeyd edib.

Onun sözlərinə görə, tərəflər arasında əldə olunan bütün razılaşmalar qətiyyətlə təşviq edilir və həyata keçirilir.

Prezident Əliyev ölkələr arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından Ukrayna prezidentinin Bakıya səfərinin önəmini qeyd edib.

Yekun olaraq prezidentlət Prezidentlər Şurasının 5-ci iclasının protokolunu imzalayıb.

Həmçinin, dövlət başçılarının iştirakı ilə iki ölkənin gömrük orqanları arasında hava nəqliyyatı ilə yük daşınması zamanı gömrük pozuntularına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında sənəd və iki ölkənin mədəniyyət nazirlikləri arasında 2016-2020-ci illər üçün mədəniyyət və incəsənət sahəsində əməkdaşlıq proqramı imzalanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG