Accessibility links

Ukrayna aprelin 14-də 2500-dən çox mülki vətəndaşın təxliyə edildiyini bildirir


Aprelin 14-də Ukrayna şəhərlərindən humanitar dəhlizlər vasitəsilə ümumilikdə 2557 nəfər təxliyə edilib. Bu haqda məlumatı baş nazirin müavini İrina Vereşçuk verib.

Onun sözlərinə onlardan 289 nəfər mühasirəyə alınmış cənub liman şəhəri Mariupoldan şəxsi nəqliyyat vasitəsilə təxliyə olunub. 220 nəfər isə ölkənin şərqindəki Luqansk vilayətindən təhlükəsiz əraziyə gətirilib.

Ukrayna Mariupolda on minlərlə insanın öldürüldüyünə inanıldığını bildirir. Eləcə də Rusiyanı həftələrdir şəhərdə qapalı qalan mülki şəxslərə yardım aparmağa çalışan yardım karvanlarını əngəlləməkdə günahlandırır.

Ukrayna rəsmiləri ölkənin şərq hissəsindəki dinc əhalini Rusiya qüvvələrinin gözlənilən, gücləndirilmiş hücumundan əvvəl əraziləri tərk etməyə çağırıb.

Aprelin 8-də Donetsk vilayətinin Kramatorsk şəhərindəki qatar stansiyasına raket hücumundan sonra mülki əhaliyə ərazini tərk etmək çağırışları daha da aktuallaşıb. Stansiya vurularkən döyüşdən qaçmağa çalışan qadınlar, uşaqlar və qocalarla dolu idi.

Rusiyanın Ukraynaya səbəbsiz müharibəsi ölkənin 44 milyon əhalisinin təxminən dörddə birini evlərindən didərgin salıb. İşğal nəticəsində şəhərlər xarabalığa çevrilib, minlərlə insan öldürülüb və ya yaralanıb.

XS
SM
MD
LG