Accessibility links

Könüllülər sayəsində Ukraynanın hərbi potensialı xeyli artıb [Video]


Könüllülərin sayəsində Ukraynada hərbi potensial xeyli artıb
please wait

No media source currently available

0:00 0:02:21 0:00
Krım yarımadasnın Rusiya tərəfindən ilhaqı və ölkənin cənub bölgəsindəki separatçıların ayrılmaq səyləri Ukraynada hərbi səfərbərliyin kəskin şəkildə artmasına səbəb olub. Orduiya cəlb olunanların böyük əksəriyyəti sabiq prezident Viktor Yanukoviçin devrilməsində iştirak edən fəallardır.
​Soyadını demək istəməyən Mixaylo əsas təlimlərin yarısını başa vurub.
Bir neçə ay bundan əvvəl o, Kiyevdə Maydanda hökumətə qarşı keçirilən etirazlar zamanı polislə qarşıdurmalarda iştirak edirdi. Həmin vaxt o, demokratiya uğrunda mübarizə apardığını deyirdi. İndi isə o, Rusiyanın təcavüzünə qarşı vuruşmaq istədiyini deyir.
“Mən Maydandan gəlmişəm, Mən bütün Maydan etirazlarında orada idim. Biz Maydanda işimizi bitirdikdən sonra, daxili təhlükələr əmələ gəldiyindən mən milli qvardiyaya yazıldım.”

Anastasiya Polişuk prezident Viktor Yanukoviçi devirən hərəkatın üzvü idi. İndi isə o, vahid Ukrayna uğrunda mübarizə aparmaq istədiyini deyir. “Biz bacardığımız qədər öyrənməyə çalışırıq. Sonra isə biz ölkənin şərqini qorumağa gedəcəyik.”
Ukrayna ordusunun şərqdəki Rusiya tərəfdarı separatçılara qarşı əməliyyatları həlledici qələbə ilə nəticələnməyib.

Ukraynanın şərqindəki üsyançılar Rusiya prezidenti Vladimir Putinin müxtariyyatla bağlı 11 may referendumunun təxirə salınmasına çağırmasına baxmayaraq, bu referendum keçirildi.

Diplomatların məsələni sülh yolu ilə həlli yollarını axtardıqları bir vaxt, ölkədə hərbi səfərbərliyə çağırışlar davam edir. Ukrayna Milli Qvardiyasının komandiri, general Viktor Qanuşyak könüllülərin sayəsində ölkənin hərbi potensialının xeyli artdığını deyir. “Hazırda Ukraynanın ikinci milli qvardiyası demək olar ki, hazır vəziyyətdədir. Könüllülər orduya qeydiyyatdan təkcə Kiyevdə deyil, ölkənin müxtəlif bölgələrində, şəhərlərində, rayon mərkəzlərində keçirlər.”

Milli Qvardiyanın komandiri yeni hərbi qüvvələrin prezident seçkiləri zamanı təhlükəsizliyin təmin edilməsində, üsyançılarla döyüşlərdə və Ukraynanın ərazi bütövlüyü uğrunda mübarizədə iştirak edəcəyini deyir.
XS
SM
MD
LG